Ağdam və Ağdərədə meşəlik ərazidə yanğın başlayıb İki helikopter havalanıb
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Ağdam və Ağdərədə meşəlik ərazidə yanğın başlayıb - İki helikopter havalanıb
Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.
Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

FHN: Ağdam və Ağdərədə açıq ərazidə yanğın nəzarətə götürülüb
23 İyul 2025 14:49
Ağdam və Ağdərədə yanğın olan ərazidə sursatlara rast gəlinir VİDEO
23 İyul 2025 08:47
Qazaxda meşəlik ərazidə yanğın başlayıb Əraziyə iki helikopter cəlb olunub (Yenilənib)
14 Avqust 2025 23:53
Qazaxda meşəlik ərazidə yanğın başlayıb
14 Avqust 2025 18:06
Türkiyədə meşəlik ərazidə yanğın başlayıb
05 Avqust 2025 01:03

