Ağdama getmək istəyənlərə ŞAD XƏBƏR
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Ağdam müntəzəm avtobus reysi təşkil edilir.
Milli.Az xəbər verir ki, sentyabrın 26-dan Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək avtobusların son dayanacaq məntəqəsi Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. Marşrut xətti üzrə aralıq məntəqə olaraq Quzanlı qəsəbəsi təyin edilib.
Avtobuslar Bakıdan Ağdama hər gün saat 08:50-də, əks istiqamətdə isə saat 08:00-da yola düşəcək. Bir istiqamət üzrə gediş haqqı 13,90 AZN təşkil edir.
Biletləri yalnız onlayn qaydada "biletim.az" portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları "biletim.az" portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 Sentyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















