Icma.az
close
up
RU
Ağdamda yubiley mərasimi

Ağdamda yubiley mərasimi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qədir Rüstəmov – 90

Milli musiqi tariximizə çoxsaylı töhfələr vermiş Ağdam növbəti dəfə səsin sehrinə yığışanlara ev sahibliyi etdi. Rayonun Quzanlı qəsəbəsində yerləşən Muğam Mərkəzində millət vəkillərinin, ziyalıların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi münasibətilə yubiley mərasimi keçirildi.

Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edilən məclisdə əvvəlcə Qədir Rüstəmovun həyat və yaradıcılığından bəhs edən filmin nümayişi oldu.

Ağdam RİH-in başçısı Vaqif Həsənov, Milli Məclisin deputatları Aqil Abbas, Bəxtiyar Əliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, şair Vaqif Bəhmənli və başqaları musiqi mədəniyyətimizin inkişafında Qarabağ muğam məktəbinin nümayəndələrinin rolundan, Qədir Rüstəmovun həyatından, bənzərsiz ifaçılıq məharətindən bəhs ediblər. Görkəmli sənətkarın muğamlarımızın təbliği, tanıdılması və inkişafı naminə fədakar əməyi, istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində xalqın sevgisini qazanması, ulu öndər Heydər Əliyevin onun ifaçılığını yüksək dəyərləndirməsi xatırlandı.

Qeyd edildi ki, unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz Qədir Rüstəmovun ifası ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında “Rast”, “Çahargah” kimi bir sıra muğam dəsgahları lentə alınaraq radionun qızıl fondunda saxlanılır. Görkəmli xanəndənin milli musiqi mədəniyyəti sahəsində nailiyyətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Bildirildi ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qədir Rüstəmovun bütün varlığı ilə bağlı olduğu Ağdam da digər torpaqlarımız kimi, azadlığına qovuşub, indi yenidən qurulur, dirçəlir, inkişaf edir.

Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə tanınmış muğam ifaçılarının təqdimatında mərhum xanəndənin repertuarına aid xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri mərasimə xoş ovqat gətirdi.

Sonda sənətkarın oğlu Mehdi Rüstəmov tədbirin təşkilatçılarına və bütün iştirakçılara minnətdarlığını bildirdi.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see679

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see227

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see182

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see181

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see178

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see175

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see169

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see165

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see159

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see157

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri