Ulduz hücumçu üçün böyük plan
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Mançester Yunayted” Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresi heyətinə qatmaq variantını nəzərdən keçirir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Manchester Evening News” nəşri məlumat yayıb.
“Qırmızı şeytanlar”ın yeni baş məşqçisi Maurisio Poçettino 26 yaşlı forvardı “Old Trafford”a keçid etməyə razı salmaqda əsas rol oynaya bilər. Rəhbərlik argentinalı mütəxəssisin həmyerlisi ilə təmaslarının bu çətin transferi reallaşdırmağa kömək edəcəyinə ümid bəsləyir.
Hələlik rəsmi təklif göndərilməsə də, transferin qarşısında ciddi maneələr dayanır. Yayda futbolçunu “Barselona” və “Arsenal”a satmayan “Atletiko” ona təxminən 150 milyon avro qiymət qoymuşdu. Bundan başqa, Alvaresin 2022-2024-cü illərdə rəqib “Mançester Siti”də oynaması və İngiltərəyə qayıtmağa o qədər də həvəs göstərməməsi prosesi mürəkkəbləşdirir.
Ötən mövsüm bütün turnirlərdə 49 matçda 20 qol vuran Alvares cari mövsümə nisbətən zəif start verib (8 oyunda 1 qol, 2 məhsuldar ötürmə).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 17 Noyabr 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















