Icma.az
close
up
RU
Ağdamdakı misilsiz quruculuq Böyük Qayıdışın nəhəng miqyasını daha aydın göstərir

Ağdamdakı misilsiz quruculuq Böyük Qayıdışın nəhəng miqyasını daha aydın göstərir

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Prezidenti cənab İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak etdi. Beləliklə, tariximizin torpaqlarımız işğaldan azad edildikdən sonra yazılan parlaq səhifələri sırasına daha biri əlavə olundu.

Xatırladaq ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb. Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub. İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərirdi. Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarında minarələr inşa edilib. Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub. Divarlarda ilkin görkəmini itirmiş və əsasən tökülmüş suvaq təmir olunub, yararsız hala düşmüş mehrab bərpa edilib. Fasad daşları xüsusi kimyəvi maddələrlə yuyulub, köhnə daşlar arasındakı tikişlər təmizlənib. Məscidin ətrafında köməkçi tikililər inşa olunub. Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır.

Prezident İlham Əliyev həmçinin "Tabaterra" MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. "Tabaterra" MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə Parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb.

Qeyd edək ki, hazırda ölkədə 9 sənaye parkı var. Bunlar Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Naxçıvan, Hacıqabul, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarıdır. Bununla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi yaradılıb.

Ağdam Sənaye Parkında 5,5 hektar ərazidə "Tabaterra" MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsi yaradılıb. Layihəyə 58 milyon manat investisiya yatırılıb. "Tabaterra" MMC öz məhsulları ilə yanaşı, "British American Tobacco", "Japan Tobacco International" və "Imperial Brands" şirkətlərinə məxsus beynəlxalq brendləri lisenziya əsasında istehsal edir. MMC-də 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir. Hazırda "Tabaterra" MMC həm yerli, həm də "British American Tobacco" və "Japan Tobacco International" şirkətlərinə məxsus xarici brendlərin ixracını həyata keçirir.

Müəssisə sənaye parkının rezidenti kimi vergi, gömrük və digər güzəştlərdən faydalanır. Hazırda burada 400 nəfər çalışır. Şirkət 300-dək işçinin Ağdam şəhərinə köçürülməsini nəzərə alaraq, onların yaşayış təminatını qarşılamaq üçün "Ağdam Residence" yaşayış kompleksində 208 mənzilin alınmasına sərmayə yatırıb və əməkdaşların işlədiyi dövr ərzində ödənişsiz olaraq onların istifadəsinə verib.

Keçən ilin nəticələrinə görə, "Tabaterra" MMC qeyri-neft və özəl sektor üzrə qabaqcıl ixracatçı, eyni zamanda, qeyri-neft sektorunda ən iri vergi ödəyicisi olub.

Tütün əkininin və emalının həyata keçirilməsi məqsədilə təsis edilmiş "Tabaterra Leaf" MMC 2021-ci ildə "Azərtütün" ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin qalibi olub və infrastrukturun modernləşdirilməsi, yerli tütünün keyfiyyətinin artırılması məqsədilə 15 milyon manat məbləğində sərmayə yatırıb. "Tabaterra Leaf" MMC hazırda Şəki, Qax, Zaqatala, Balakən rayonlarının ərazisində tütün əkini və emalı ilə məşğul olur. Şirkətin tərkibində tütün qəbulu və emalı məntəqələri, istixanalar və illik istehsal gücü 3 min ton olan Tütün Emalı Zavodu mövcuddur. "Tabaterra Leaf" MMC tərəfindən 2027-ci ildən başlayaraq Qubadlı rayonunda 500 hektar ərazidə tütün əkini və emalı ilə əlaqədar lazımi infrastrukturun qurulması üçün əlavə investisiya yatırılması nəzərdə tutulur. "Tabaterra" MMC-nin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr iqtisadi fəallığın artırılmasına, sənayenin və kənd təsərrüfatının inkişafına, regionun ixrac potensialının artırılmasına, məşğulluğun təmin olunmasına töhfə verir. Bu layihələrin ümumi investisiya dəyəri 79 milyon manat təşkil edir.

Prezident İlham Əliyev həmçinin 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

Xatırladaq ki, bu təhsil ocağının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu ilin fevralında isə dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva burada aparılan tikinti işləri ilə tanış olublar. Məktəbin binası "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində inşa edilib. Binada 43 sinif, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat mərkəzi, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana, muzey, 352 yerlik yeməkxana fəaliyyət göstərəcək. Bundan başqa, məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 468 yerlik akt zalı və iki qapalı idman zalı, açıq havada futbol və basketbol meydançaları da müəllim və şagirdlərin ixtiyarına verilib.

Bu gün Qarabağda təhsil sahəsində müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması ən önəmli məsələlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizdə hazırda təhsil infrastrukturunun bərpası və bu sahənin inkişafı istiqamətində çox mühüm işlər görülür. İstifadəyə verilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir.

Millət vəkili Azər Badamov bildirib ki, işğalçıların 30 il dağıdaraq viran qoyduğu ərazilərimizin yenidən qurularaq bərpa olunması böyük qürur hissi doğurur: "Bu baxımdan, Ağdamdakı misilsiz quruculuq Böyük Qayıdışın nəhəng miqyasını daha aydın göstərir".

A.Badamovun sözlərinə görə, dövlətimizin başçısı illərdən bəri öz doğum günlərində işğaldan azad olunan ərazilərdə keçmiş məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqələrin açılışlarında və yeni layihələrin təməlqoyma mərasimlərində iştirak edib. Cənab Prezidentin həmin mərasimlərdə söylədiyi fikirlər, planlar bu gün uğurla həyata keçirilir. Ermənilərin daşı daş üstündə saxlamadığı və Qafqazın Xirosiması adlandıran Ağdam günbəgün yenidən qurulur: "Dövlət başçısının xüsusi tapşırıqları və nəzarəti ilə Ağdam rayonu ən yükəsk səviyyədə yenidən qurulub bərpa edilir. Keçmiş məcburi köçkün həyatını yaşamış ağdamlılar dünyanın ən gözəl yaşayış məntəqlərinə qayıdacaqlar. Ağdam şəhəri özünün arxitekturası və dizaynı ilə xüsusilə fərqlənəcək. Prezidentin işğaldan azad olunan ərazilərə etdiyi mütəmadi səfərlər o ərazilərdə görülən işlərin daha keyfiyyətlə və sürətlə icra olunmasına yol açır. İşğaldan azad olunan ərazilərdə icra edilən layihələrin səviyyəsi yeni bir Azərbaycan standartını meydana gətirir. Bu standart xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirməklə müasirliyi özündə birləşdirir. İşğaldan azad olunan ərazilərdə yenidən qurma və bərpa işlərinin yüksək səviyyədə aparılması həm bu ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərin firavan yaşayışını təmin edəcək, həm də 30 il dövriyyədən kənarda qalmış ərazilər yenidən ümumi iqtisadiyyatımıza reinteqrasiya olunacaq. Bu da dövlətimizin gücünü daha da artıracaq".

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Ağdam şəhərinin bərpası üçün çox böyük işlər görülüb. Yaşayış evləri tikilib, məktəb, uşaq bağçası eyni zamanda sosial obyeklər inşa edilir. Bunun özü göstərir ki, işğaldan azad olunan Ağdam yenidən özünün əzəmətli görkəmini əldə edir və ağdamlıların geri qayıdacağı gün elə də uzaqda deyil: "Prezident keçmiş məcburi köçkünlərin öz dədə-baba yurduna qayıtmasının dövlətin əsas prioritet məsələlərindən biri hesab edir".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://525.az
archiveBu xəbər 28 İyul 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see497

Amerikalıların Trampın büdcə layihəsinə münasibəti ilə bağlı sorğu keçirilib

27 İyul 2025 08:13see146

Hazırda açıq ərazilərdə 100 dən çox yanğın aktivdir Serbiya DİN

27 İyul 2025 08:17see142

Azərbaycanın əməkdar məşqçisi vəfat edib KONKRET

27 İyul 2025 15:40see139

Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə imzaladı

27 İyul 2025 13:31see124

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see122

Qyökereş “Arsenal”a keçidindən nələr dedi?

27 İyul 2025 13:26see119

Tottinin oğlu futbolçu karyerasını 19 yaşında bitirib

27 İyul 2025 14:55see118

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see116

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see115

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see114

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see114

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see114

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see114

Eminin xanımının “DreamFest” “look”ları…

27 İyul 2025 15:36see114

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see114

İsrail ordusu Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etdi

27 İyul 2025 07:55see113

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see112

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see112

Peksov 2 saat təyyarəni gözləməli oldu Detallar

27 İyul 2025 14:34see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri