Icma.az
close
up
RU
Ağdamdan ucalan muğam səsi Arif Babayevsiz ilk doğum günü

Ağdamdan ucalan muğam səsi Arif Babayevsiz ilk doğum günü

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan muğam sənətinin böyük nümayəndəsi, Xalq artisti Arif Babayevin doğum günüdür.

Axşam.az xəbər verir ki, bu onun ölümündən sonra ilk onsuz keçirilən ad günüdür. Əgər yaşasaydı, 88 yaşını qeyd edəcəkdi. Amma bu doğum günü artıq onsuz, yalnız xatirələrlə, lent yazıları və ürəklərdə yaşayan o möhtəşəm səslə qarşılanır. Bəzi yaşlar təqvimdə yox, yaddaşda ölçülür. Arif Babayevin ömrü də illərlə deyil, ifalarla hesablanır.

1938-ci ildə Ağdamın Sarıhacılı kəndində dünyaya gələn Arif Babayev hələ uşaqlıq illərindən Qarabağın zəngin muğam mühitində böyüyüb. O torpağın nəfəsi, çölünün küləyi, yaylaqlarının səsi onun ifasında hər zaman duyulub. Deyirlər, A.Babayev “Segah” oxuyanda zalda sükut çökərmiş, sanki hər kəs öz taleyi ilə üz-üzə qalarmış. Onun səsində qəribə bir yanğı, eyni zamanda bir vüqar var idi.

O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb. Xanəndənin ifasında bütün muğam dəstgahları səslənib və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olub.

Onu xatırlayan yaxınları deyir ki, səhnəyə çıxanda təmkinli görünərdi. Amma ilk zəngulə ilə anlayardın ki, qarşında adi xanəndə yox, bir məktəb dayanıb. O, muğamı sadəcə ifa etmirdi, yaşayırdı. Hər “Şur”da nisgil, hər “Rast”da ucalıq, hər “Bayatı-Şiraz”da dərin fəlsəfə hiss olunurdu. Onun ifasını dinləyəndə adam anlayırdı ki, muğam sadəcə janr deyil – yaşanmışlıqdır.

Arif Babayev təkcə böyük sənəti ilə deyil, insanlara göstərdiyi qayğı ilə də sevilib. Tələbələrinə qarşı qayğıkeş, sənətə qarşı isə son dərəcə tələbkar olub. “Muğam məsuliyyətdir” - deyərdi. Çünki o, bu sənəti müqəddəs bir əmanət kimi görürdü. 

Arif Babayev muğamı qoruyan, onu gələcək nəsillərə ötürən sənətkarlardan idi. O, məktəb idi. Tələbələri üçün həm ustad, həm ata qayğısı göstərən bir müəllim idi. Muğamı təhrif etmədən, onu müasirliyə qurban vermədən yaşatmağın mümkün olduğunu sübut edən sənətkar olub.

2025-ci ilin 1 avqustunda sənətkarın vəfat xəbərini bir çoxları şəxsi itkisi kimi yaşadı. Sanki hər evdən bir səs kəsildi. Amma əslində o səs susmadı. Bu gün də radionu açanda, köhnə bir konsert yazısına baxanda, yaxud Qarabağdan söz düşəndə Arif Babayevin ifası yenidən canlanır.

Arif Babayev ölümündən əvvəl ən böyük arzusuna da çatıb. O, Qarabağı, doğulduğu Sarıhacılı kəndini görüb. Muğamını Qarabağ torpağında səsləndirib.

Bu gün onun doğum günüdür. O, həyatda olmasa da, sənətdə yaşayır. Çünki həqiqi sənətkarlar ölmür - onlar zamana qarışır, xatirəyə çevrilir, səs olaraq qalır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://axsam.az
archiveBu xəbər 20 Fevral 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri