Icma.az
close
up
RU
Muğamın səsi yenidən Ağdamdan UCALDI

Muğamın səsi yenidən Ağdamdan UCALDI

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mayın 10-u Azərbaycan mədəniyyəti üçün unudulmaz tarixə çevrildi. Otuz il həsrətində olduğumuz Ağdamda Muğam Mərkəzinin açılışı baş tutdu. Açılışda təkcə bir binanın qapıları açılmadı – otuz ilin nisgili, yurd həsrəti, qürur göz yaşlarına qarışdı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən mərasimdə səslənən "Qarabağ şikəstəsi" isə ən təsirli anlardan biri idi.

Tədbirdə Xalq artisti Mənsum İbrahimov da iştirak edirdi. Modern.az-a danışan sənətkar bu günü gözləməyin necə böyük bir həsrət olduğunu belə ifadə etdi:

"Çünki bu torpaqlara həsrət qalmışdıq. Şükür Allaha cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Bu gün bütün Qarabağ torpaqlarında sürətlə quruculuq işləri gedir. Muğam Mərkəzinin Ağdamda açılması təbii ki, mədəniyyət hadisədir. Cənab Prezidentin yanında ifa etməyimiz təbii ki, bizim üçün qürur hissi idi. Azərbaycan mədəniyyətinin təntənəsi idi".

"Orada Arif Babayev də olmalıydı"

"Əlbəttə, Qarabağdan olan sənətkarlar - məsələn Arif Babayev səhhəti ilə əlaqədar iştirak etmədi. Amma o burada olmalıydı. Böyük sənətkarlarımız - Əbülfət Əliyev, Rəmiş iştirak etməliydi. Əlbəttə, bizim dünyasını dəyişən insanların hamısı yadıma düşdü", - o deyib.

"Prezidentə 2018-ci ildə dediyi sözləri xatırlatdım"

"Açılışda muğam ifa edən uşaqlar  Ağdam rayonu Gülablı Qaçqın Uşaq Musiqi məktəbinin şagirdləridir. Bizə deyiləndə ki, bizə 2-3 uşaq lazımdır. Biz onu Təyyarla axtarıb tapdıq. Balaca uşaq Ağdamın Sarıcalı kəndindən, digər oğlan Şuşadan, qızımız isə İsmayıllıdandır. Üçü də Gülablı məktəbinin şagirdləridir. Cənab Prezidentin 2018-ci ildə Quzanlıda "tezliklə Ağdamın mərkəzində  böyük, möhtəşəm Muğam Mərkəzi inşa edəcəyik" sözlərini onunla söhbət xatırlatdım. O isə mənə dedi ki, "əlbəttə, mən bunu xatırlayıram". Xoş səmimi söhbət oldu. Muğam sənətində diqqət və qayğısına görə həm Prezident İlham Əliyevə, həm də Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etdik. Qarabağın alınması, orada görülən bərpa-quruculuq işlərinə görə camaatımız adından təşəkkür etdik. Düşünürəm ki, Qarabağın hər bir rayonunda belə mədəniyyət mərkəzləri olacaq. Hamısının açılışını gözləyəcəyik".

View this post on Instagram

A post shared by MODERN.AZ Media Group (@modern.az_)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri