Icma.az
close
up
RU
Ağdaş şəhidlərinin xatirəsinə tikilən bu bulaq diqqətdən kənarda qalıb, köhnəlib, çirklənib Video

Ağdaş şəhidlərinin xatirəsinə tikilən bu bulaq diqqətdən kənarda qalıb, köhnəlib, çirklənib Video

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan müstəqilliyini elan etdikdən az bir zaman sonra torpaqları uğrunda mübarizə aparmağa məcbur oldu. Torpaqları hissə-hissə erməni daşnakları tərəfindən işğal edildi və bir gün artıq qəbul etdik ki, biz torpaqlarının 20 faizi işğal edilmiş bir ölkəyik. Minlərlə vətəndaş torpaqlar uğrunda mübarizəyə başladı. Öncə Birinci Qarabağ müharibəsində minlərlə oğullarımızı itirdik. Müharibə səngimir, hücumlar davam edirdi. Azərbaycan bu məğlubiyyəti qəbul edə bilməzdi. Azərbaycan torpaqlarının 20 faizindən imtina edə bilməzdi. Çünki məğlubiyyəti qəbul etmək, yeni məğlubiyyətlərə imza atmaq olardı. 2016-cı il aprel döyüşləri, Tovuz döyüşləri, Ermənistan Silahlı Qüvvələrinin hücumları zamanı igid övladlarımızı itirirdik. Bu itkiyə son qoymaq, torpaqları geri qaytarmaq üçün güclü orduya ehtiyacımız var idi. Və 2020-ci ildə Azərbaycan artıq formalaşmış ordusu ilə yenidən torpaqları uğrunda əks-hücum əməliyyatlarına başladı, torpaqlarımız 44 gün ərzində geri qaytarılsa da, minlərlə şəhid verdik. Eləcə də 2023-cü il 19-20 sentyabr lokal antiterror əməliyyatında sağalmaz yaramız Qarabağı erməni separatçılarının işğalından azad etdik, şəhid qanı bahasına. Və bu müharibədə bütün Azərbaycan səfərbər olmuşdu. Bölgələrimizdən də igid oğullarımız savaşa qatılır, mübarizə aparır, şəhid olurdu. Şəhidlik onlar üçün ən uca zirvə idi. Bu gün Azərbaycan artıq müstəqil, torpaqlarını işğaldan azad etmiş, ərazi bütövlüyünə qovuşmuş bir ölkədir. Biz buna şəhidlərimizin qanı bahasına nail olmuşuq. Şəhidlərimizin xatirəsi heç bir zaman unudulmur...

Ağdaş yolu üzərində Qarabağ müharibəsində şəhid olmuş igid vətən oğullarının xatirəsinə şəhid bulağı tikilib. Bulaq Ağdaş Rayonunda bir vətəndaş tərəfindən inşa edilib. Bulağın tikilisinə Ağdaş rayonunda olan şəhidlərin adı yazılmış lövhələr vurulub. Yolu burdan düşən hər kəs bulağın suyundan içib, şəhidlərin ruhuna dua, bulağı tikdirən şəxsə də cansağlığı diləyir.

...Sadəcə kiçik bir problem var. Bulaq illərin aşınmasına uğrayıb, kiçik bir təmirə ehtiyac duyulur.

Eyni zamanda buranı ziyarət edən bəzi vətəndaşların mədəniyyətdən kənar bəzi davranışlarına məruz qalıb. Müəyyən miqdar kirlədilib. Bulağın ətrafı tullantılarla dolub. Bulağın çevrəsində həm xoşagəlməz qoxu, həm narahatedici görüntü, həm də antisanitar vəziyyət yaranıb.

Ümid edirik ki, Ağdaş şəhidlərinin xatirəsinə tikilən bu bulaq diqqətdən kənardan qalmayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin...

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri