Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi ilə bağlı daxil olmuş müraciət əsasında polis araşdırma aparıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.
Araşdırma zamanı toyu planlaşdırılan qızın 17 yaşında olduğu müəyyən edilib.
Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların nümayəndələri oğlan və qızın valideynləri ilə profilaktik söhbətlər aparıblar. Onlara yetkinlik yaşına çatmayan şəxslərin nikaha cəlb edilməsinin qanunvericiliyə zidd olduğu izah edilib.
Görülən tədbirlər nəticəsində planlaşdırılan toy məclisi təxirə salınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 21 Avqust 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















