Ağdaşda 17 yaşlı qızın ərə verilməsinin qarşısı alındı
Icma.az bildirir, Lent az portalına istinadən.
Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsinin əməkdaşları zəruri bütün tədbirləri icra edib.
Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Planlaşdırılan toy məclisi isə təxirə salınıb.
Bu mövzuda digər xəbərlər:17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı
03 Sentyabr 2025 14:57
16 yaşlı qızın ərə verilməsinin qarşısı alındı Video
10 Oktyabr 2025 21:20
Sədərəkdə 15 yaşlı qızın ərə verilməsinin qarşısı alındı
24 Noyabr 2025 12:13
Daha bir rayonda 15 yaşlı qızın ərə verilməsinin qarşısı alındı
13 Sentyabr 2025 17:07
Ağdaşda sirkədən zəhərlənən 17 yaşlı qızın SON VƏZİYYƏTİ açıqlandı
19 Avqust 2025 11:32
Baxış sayı:121
Bu xəbər 07 Avqust 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















