Ağdaşda səkkiz yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda əsaslı təmir işləri aparılır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağdaş, 28 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində sözügedən avtomobil yolunun texniki vəziyyətinin yaxşılaşdırılması, yol örtüyünün yenilənməsi, hərəkətin təhlükəsiz və rahat şəkildə təşkili nəzərdə tutulur.
Hazırda əsaslı təmir işləri yolun Güvəkənd kəndi ərazisində aparılır. Görülən işlər çərçivəsində yol yatağının bərpası, asfalt örtüyünün salınmasına hazırlıq və digər zəruri infrastruktur tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolu səkkiz yaşayış məntəqəsini birləşdirir və yerli əhali üçün mühüm nəqliyyat əhəmiyyətinə malikdir.
Yolun əsaslı təmiri bölgədə nəqliyyat əlaqələrinin yaxşılaşmasına, kəndlərarası gediş-gəlişin asanlaşmasına, əhalinin sosial-iqtisadi şəraitinin daha da yaxşılaşmasına xidmət edəcək.
Təmir işlərinin mərhələli şəkildə davam etdirilməsi və yaxın müddətdə digər yaşayış məntəqələrini də əhatə etməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 28 Yanvar 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















