Ağdaşda “Xocalıya günəş doğur” tamaşası nümayiş olunub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Ağdaş, 26 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Ağdaşda Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tamaşa nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki Xocalı faciəsinə həsr olunmuş “Xocalıya günəş doğur” adlı tamaşa Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi və Ağdaş Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə nümayiş olunub.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Sonra faciənin ağrı-acısını, xalqımızın yaddaşına həkk olunan gecənin həqiqətlərini əks etdirən videoçarx təqdim olunub.
Çıxışlarda bildirilib ki, 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı və faciəli səhifələrindən biridir. Lakin bu gün artıq Xocalıya günəş doğur, çünki haqq-ədalət zəfər çalıb, xalqımız öz torpaqlarında qürurla yaşayır.
Sonda Ağdaş Xalq Teatrının təqdimatında hazırlanan tamaşa nümayiş olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 Fevral 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















