Icma.az
close
up
RU
Agentlik rəsmisi: Valideyn məmnuniyyəti bölməsi məktəb rəhbərliyinə inkişaf sahələri üzrə düşünməkdə kömək edir

Agentlik rəsmisi: Valideyn məmnuniyyəti bölməsi məktəb rəhbərliyinə inkişaf sahələri üzrə düşünməkdə kömək edir

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir müddətdir ki, istifadəyə verilmiş “Rəqəmsal məktəb” platforması əsasən Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində tətbiq olunur. Bu platformadan müəllimlər, məktəb direktorları, valideynlər və şagirdlər istifadə edirlər. Platforma rəqəmsal mühitdə öyrənmə, ünsiyyət və əməkdaşlıq üçün nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova deyib. O bildirib ki, valideynlər tədris-tərbiyə prosesinin ən vacib tərəflərindən biridir: “Əgər valideynlər tədris və tərbiyə prosesinə yaxından cəlb olunarsa, bu, uşaqların öyrənmə motivasiyasını və nailiyyətlərini artırır. Valideynlər bu portal vasitəsilə müvafiq girişdən keçərək övladlarının qiymətləri ilə tanış ola, həmçinin məktəb rəhbərliyi ilə ünsiyyət qura bilərlər”.

İlahə Rəsulova qeyd edib ki, valideynlərin övladlarının təhsil aldığı məktəblər haqqında fikirləri agentlik üçün önəmlidir: “Məhz buna görə də portalda valideyn məmnuniyyəti bölməsi yerləşdirilib. Bu bölmədə əsasən üç başlıq altında qruplaşdırılmış 25-dək sual yer alır. Bu suallar valideyn–məktəb əməkdaşlığına, məktəb mühitinin infrastrukturuna, eləcə də şagirdlərin intizam qaydalarına dair məsələləri əhatə edir. Valideynlər övladlarının təhsil aldığı məktəb haqqında həmin suallara cavab verməklə, bir növ, məktəbə dair öz rəy və fikirlərini, onları narahat edən məqamları bu portal vasitəsilə bildirirlər. Bu isə məktəb rəhbərliyinə növbəti addımları müəyyənləşdirməkdə və inkişaf sahələri üzrə düşünməkdə kömək edir”.

Agentliyin rəsmisi əlavə edib ki, “Rəqəmsal məktəb” platforması hələlik yalnız məktəbləri əhatə edir: “Lakin bizim üçün ümumilikdə respublikanın digər bölgələrində də valideyn məmnuniyyəti və valideynlərin məktəblər haqqında fikirləri çox önəmlidir. Məhz buna görə də hazırda rayonlarda bu sorğular kağız formatında toplanır. Həm “Rəqəmsal məktəb” platforması, həm də kağız formatında toplanan sorğuların nəticələri təhlil edildikdən sonra, məktəblərdə ehtiyac duyulan sahələrə uyğun olaraq seminarların keçirilməsi də nəzərdə tutulur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Dekabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see140

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see137

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see136

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri