Icma.az
close
up
RU
Agentlik rəsmisi: Naxçıvanda turizmin bütün növlərini inkişaf etdirmək mümkündür

Agentlik rəsmisi: Naxçıvanda turizmin bütün növlərini inkişaf etdirmək mümkündür

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Cənab Prezident tərəfindən Naxçıvanda Regional Turizm İdarəsinin yaradılması ilə bağlı müvafiq fərman imzalanıb. Bu, gələcəkdə Naxçıvanın ümumi dövlət turizm sisteminə inteqrasiyasını təmin edəcək və digər bölgələrdə həyata keçirilən işlərin Muxtar Respublikada da uğurla icra olunmasına, daha keyfiyyətli fəaliyyətin təşkilinə imkan verəcək".

Oxu.Az-ın Naxçıvana ezam olunan əməkdaşı xəbər verir ki, bunu bölgədə təşkil olunan media tur çərçivəsində Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Naxçıvanın turizm resurslarına baxdıqda burada turizmin bütün növlərinin inkişaf etdirməyin mümkün olduğu görünür:

"Artıq kifayət qədər turizm infrastrukturu formalaşdırılıb. Bildiyiniz kimi, sağlamlıq turizmi ilə bağlı Naxçıvanda "Duzdağ" tənəffüs yolları xəstəliklərinin müalicəsində istifadə olunur. Gələcəkdə bu imkanların genişləndirilməsi üçün böyük potensialımız var.

Naxçıvan turizminin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində də Dövlət Turizm Agentliyi tərəfindən müəyyən tapşırıqların icrası davam etdirilir. Hazırda ərazilərdə turizmin müxtəlif növlərinin və turizm xidmətlərinin, turizm təcrübələrinin inkişafı, həmçinin insan resurslarının peşəkarlığının artırılması istiqamətində işlər də planlaşdırılıb.

Eyni zamanda, dövlət proqramı çərçivəsində Naxçıvanda iki turistik kəndin seçilməsi ilə bağlı da işlər həyata keçirilib. Müxtəlif kəndlərə baxış keçirilib və hal-hazırda Şahbuz rayonu üzrə Kükükkənd, Ordubad rayonu üzrə isə Pəzməri kəndləri turistik kənd kimi müəyyənləşdirilib. Gələcəkdə, müvafiq qərar qəbul olunduğu təqdirdə, həmin kəndlərdə turizm infrastrukturunun yaradılması planlaşdırılır".

E. Cavadov vurğulyıb ki, ümumilikdə, Azərbaycan üzrə səkkiz kənddə turizm istiqamətində işlər nəzərdə tutulub və bu prosesin davam etdirilməsi planlaşdırılır:

"Əsas məqsədlərimizdən biri ölkənin sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində Naxçıvanın geniş turizm imkanlarını və resurslarını daha da inkişaf etdirmək, turizm xidmətlərinin çeşidini artırmaq və regionun potensialını gücləndirməkdir".

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri