Icma.az
close
up
RU
Agentlik sədri: Əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha dəqiq və operativ mexanizmlərlə müəyyənləşəcək

Agentlik sədri: Əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha dəqiq və operativ mexanizmlərlə müəyyənləşəcək

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İstehsalat qəzaları nəticəsində vətəndaşın orqanizm funksiyasının pozulma dərəcəsi 30 faizdən yuxarı olurdusa, əlillik təyin olunur. Lakin 30 faizdən aşağı pozuntu hallarında qanunvericilikdə konkret mexanizm mövcud deyil. Bu isə praktiki olaraq boşluq yaradır".

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu boşluğun aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşma hazırlanıb və qanunvericiliyə dəyişiklik təklifi parlamentə təqdim olunub:

"Təklifə əsasən, artıq əmək qabiliyyətinin itirilmə dərəcəsinin müəyyən olunması qaydası müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Yeni qaydanın layihəsi artıq hazırlanıb və Nazirlər Kabinetinin təsdiqindən sonra hüquqi qüvvəyə minəcək. Bu qayda tətbiq edildikdən sonra əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha dəqiq, vahid və operativ mexanizmlərlə müəyyən olunacaq. Həkim-ekspertlərimiz bu sahədə yetərincə təcrübəyə malikdir və yeni metodologiyanın tətbiqi ilə bağlı təlimlərə cəlb olunublar".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see356

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see174

Kiyevdə yaralananların sayı 16 ya çatıb YENİLƏNİB 2

29 Noyabr 2025 12:50see170

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see169

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see156

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see137

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see137

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see137

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see136

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see136

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see134

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see133

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see132

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see132

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see132

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see126

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see124

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see123

Mançester Siti dən ayrılacaq İtaliya klublarının transfer mübarizəsi

29 Noyabr 2025 12:52see123

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri