Əmək qabiliyyətinin itirilməsi ilə bağlı qanun dəyişir
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası dəyişir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyən olunur.
Qeyd olunub ki, qanun layihəsi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi sahəsində normativ hüquqi bazanın yenilənməsi zərurəti ilə əlaqədar hazırlanmışdır və bu çərçivədə adıçəkilən qanunun 19.2-ci maddəsinin dəqiqləşdirilməsini nəzərdə tutur.
Belə ki, qanun layihəsi qəbul edildikdən sonra sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinin yeni qaydaları qüvvəyə minəcək.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















