AGF rəhbərliyi Lənkəran və Astarada güləş zallarına baxış keçirib
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev və federasiyanın vitse-prezidenti Namiq Abdullayev regionlarda güləşin inkişafı istiqamətində görülən işlər çərçivəsində Lənkəran və Astara rayonlarına səfər ediblər.
İdman.Biz bildirir ki, səfər zamanı Lənkəranda və Astarada güləş zallarına baxış keçirilib, zalların maddi-texniki bazası və məşq prosesi ilə yaxından tanış olunub. Federasiya rəsmiləri məşqçilərlə mövcud problemlər və gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar.
Görüşlərdə idmançıların hazırlıq şəraitinin daha da yaxşılaşdırılması, güləş zallarının zəruri inventarla, o cümlədən güləş xalçalarıyla təmin olunması, yeni məşq məkanlarının yaradılması, eləcə də regionlarda güləşin inkişafına dəstək göstərə biləcək sponsorların cəlb edilməsi məsələləri geniş müzakirə olunub. Məşqçilər tərəfindən səsləndirilən təklif və təşəbbüslər diqqətlə dinlənilib, mövcud ehtiyacların mərhələli şəkildə həlli istiqamətində fikir mübadiləsi aparılıb.
AGF bölgələrdə güləşin inkişafı, idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi və məşq prosesinin keyfiyyətinin artırılması məqsədilə regionlarda infrastruktur layihələrinin icrasına davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 12 İyun 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















