Icma.az
close
up
RU
“Ağır çəkilərdə problemlərimiz var, idmançı yetişmir” Nazir

“Ağır çəkilərdə problemlərimiz var, idmançı yetişmir” Nazir

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Legionerlər daha çox bizim üçün yeni olan idman növlərindədir. Gənclər hansısa peşəkar idmançıya baxıb nəsə öyrənməlidirlər. Ona görə də düşünürəm ki, əcnəbi idmançı dəvət oluna bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərlə qeyri-rəsmi görüşdə deyib.

Nazir Azərbaycan milli komandalarına legionerlərin cəlb olunmasından danışıb: “Amma bir ara onların sayı çoxalmışdı. Açığı, bunu başa düşə bilmirdim. Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik. Deyə bilərəm ki, onların sayı kifayət qədər azalıb. Amma ağır çəkilərdə problemlərimiz var, idmançı yetişmir. Burada seleksiya işləri yaxşı aparılmalıdır. Təəssüflər olsun ki, mütəxəssislərimiz çatışmır. Bunun üçün müəyyən işlər görülür. Bilirsiniz ki, yaxşı mütəxəssis qısa zamanda yetişmir. İdman Akademiyasında da müəyyən dəyişikliklər etmək istəyirik. Ona görə də əvvəlcə ölkə xaricindən mütəxəssislər dəvət edirik. Çünki hər şey sürətlə inkişaf edir, sistem də fərqlidir. Yaxşı yerli mütəxəssislər yetişdirməliyik. Onların sayı çox olmalıdır ki, rəqabət artsın. İdmançıların inkişafı üçün onların beynəlxalq yarışlarda iştirakı mütləqdir. Həm oradakı abu-havanı hiss edirlər, həm də təcrübə toplayırlar.

Prezident İlham Əliyev idmançılarla görüşdə dəqiqliklə dedi ki, dövlətin dəstəyi olmadan bu,inkişaf mümkün deyil. Bu dəstək isə illərdir var. Nazirlik tərəfindən idmançılarımız vacib beynəlxalq yarışlara ezam olunurlar. Bəzən federasiyalar idmançıları öz hesabına da yarışlara göndərirlər. Bəzi hallarda idmançılar öz hesablarına gedirlər. Təbii ki, əsas diqqət Olimpiya idman növlərinə yönəlib. Amma çalışırıq ki, digər növləri də unutmayaq və onları da yarışlara ezam edək. Bunun üçün müvafiq büdcəmiz var. Amma elə idman növləri var ki, orada yarışlar çoxdur. İdmançılar həmin yarışlara getməlidirlər. Federasiyalar daha çox sponsor axtarırlar ki, idmançıların yarışdakı iştirakını təmin edə bilsinlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see675

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see225

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see204

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see181

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see177

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see176

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see174

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see168

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see164

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see156

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri