Icma.az
close
up
RU
Fransa Ermənistan üzərindən Cənubi Qafqazda nə etməyə çalışır? Deputat AÇIQLADI

Fransa Ermənistan üzərindən Cənubi Qafqazda nə etməyə çalışır? Deputat AÇIQLADI

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Fransa rəsmilərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı bəyanatlarını, şübhəsiz ki, daha geniş geosiyasi proseslərin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Fransanın Azərbaycanla bağlı siyasi kursunda bu cür meyilləri zaman-zaman müşahidə edirik".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi.

Onun sözlərinə görə, Fransa parlamentində, dövlət rəsmilərinin, o cümlədən Avropa Parlamentində təmsil olunan nümayəndələrinin çıxışlarında və daha geniş siyasi çevrələrdə anti-Azərbaycan ritorikası hər zaman kifayət qədər fəal şəkildə səsləndirilir:

"Bunun da bir neçə səbəbi var. Bu, ikitərəfli münasibətlər kontekstində özünü büruzə verən hal kimi qiymətləndirilə bilər. Burada Fransa prezidentinin məsələyə münasibətdə qeyri-sabit davranışını da xüsusilə vurğulamaq lazımdır. Çünki bəzi hallarda Fransa prezidentinin önə çıxmadığını görsək də, ayrı-ayrı şəxslərin dilə gətirdiyi ritorikada sanki Makronun baxış bucağını və düşüncəsini müşahidə edirik".

Millət vəkili hesab edir ki, bu tərz çıxışlar Fransanın Azərbaycan və bütövlükdə Cənubi Qafqazla bağlı siyasətinin tərkib hissəsidir:

"Çünki məlum olduğu kimi, Fransa Cənubi Qafqaz regionundakı siyasi təsir imkanlarını qoruyub saxlamağa və burada gedən regional proseslərdə bu və ya digər formada iştirakını təmin etməyə çalışır. Fransa bu siyasəti müəyyən formada Ermənistan üzərindən inkişaf etdirməyə çalışsa da, onun təsir imkanları uzaqbaşı Ermənistanın hüdudları ilə məhdudlaşır və ondan kənara sirayət etmir. Nəticə etibarilə, rəsmi İrəvana siyasi və hərbi-texniki dəstəyin göstərilməsinin kökündə də Ermənistanın Fransanın öz maraqlarının və ya regional maraqlarının həyata keçirilməsi üçün bir plasdarm kimi istifadə olunması niyyəti dayanır".

A.Allahverənovun sözlərinə görə, Fransanın çıxışları ilə erməni diasporunun maraqları da üst-üstə düşür:

"Ermənipərəst lobbinin maraqları bəllidir. Erməni kilsəsinin də Fransada kifayət qədər güclü dayaqları var. Bu üç tərəfin maraqlarının üst-üstə düşməsi nəticə etibarilə Fransanın xarici siyasətinə təsir göstərir. Bu da anti-Azərbaycan ritorikasının, xüsusilə də bu istiqamətdə fikirlərin rəsmi şəxslərin dilindən səsləndirilməsinə gətirib çıxarır.

Belə fikirlər müəyyən siyasi mərkəzləri təmsil edən şəxslər vasitəsilə səsləndirilsə də, əslində, həmin mərkəzlərin, xüsusilə ermənipərəst dairələrin maraqlarını ifadə edir və onların təmin olunmasına xidmət göstərir. Çünki bir tərəfdən erməni mediasında, eləcə də Ermənistan üzərindən bu cür ritorik fikirlərin səsləndirilməsi cəmiyyət daxilində müəyyən qüvvələrin Fransaya meylini gücləndirir. Bu baxımdan, həmin maraqlar təmin olunur".

Parlament üzvü Fransanın bu siyasətinin Azərbaycana təsirindən də danışdı:

"Bu gün Fransa Avropa İttifaqının iki aparıcı dövlətindən biridir. Avropa İttifaqı Azərbaycanın strateji tərəfdaşıdır. Nəticə etibarilə, Avropa İttifaqının Ermənistan üzərindən müəyyən proseslərdə iştirakını da görürük. Bu, Nikol Paşinyana açıq dəstəyin göstərilməsi şəklində özünü büruzə verir. Ona görə də bu, şübhəsiz ki, Ermənistanın suverenliyinə dəstək, eləcə də onun Rusiyadan asılılığının azaldılmasına yönəlmiş siyasət kimi qiymətləndirilə bilər.

Amma Azərbaycanın hədəf seçilməsi, yenə də qeyd etdiyim kimi, erməni cəmiyyətində aqressiv və revanşist meyillərə malik qüvvələrin rəğbətini qazanmaq məqsədilə səsləndirilən fikirlərdir. Çünki regional geosiyasi maraqların hər hansı bir plasdarm üzərindən təmin olunması nəzərdə tutulursa, həmin plasdarmın kifayət qədər güclü olması və möhkəm dayaqlara malik olması vacibdir. Bu isə ilk növbədə cəmiyyətin rəğbətinin qazanılması vasitəsilə mümkündür. Fransanın davranışında da bunu hər zaman görmüşük. Azərbaycanın da artıq bu cür cəhdlərə qarşı müəyyən immuniteti formalaşıb".

Müsahibimiz əlavə etdi ki, Fransanın bu cür cəhdləri və meyilləri Ermənistanla Azərbaycan arasında qurulmaqda olan sülh münasibətlərinə qətiyyən adekvat deyil:

"Əksinə, bu addımlar sülh prosesinə ciddi maneə yaradır və ya müəyyən mənada onu zədələmək cəhdi kimi qiymətləndirilə bilər. Çünki hazırda olduqca həssas bir dövrdə yaşayırıq. Prezident İlham Əliyev, səhv etmirəmsə, Yeni Azərbaycan Partiyasının VIII qurultayında sülhün əldə olunduğunu, lakin kifayət qədər kövrək olduğunu bildirmişdi.

Sülhün bu qədər kövrək olduğu bir vaxtda ona müxtəlif formalarda zərər vurmaq istəyən qüvvələr var. Fransa da məhz bu fürsətdən istifadə etmək üçün müxtəlif vasitələrə əl ata biləcək dövlətlərdəndir. Vasitələr dedikdə, təbii ki, Fransanın Ermənistana nüfuz etmək imkanlarını nəzərdə tuturam. Çünki bu, uzaqbaşı, Ermənistanın hüdudları daxilində Fransanın müəyyən maraqlarının təmin olunmasına gətirib çıxara bilər.

Amma söhbət Cənubi Qafqaz regionundan gedirsə, Fransa ilk növbədə Azərbaycanla hesablaşmalıdır. Çünki Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, Avropa İttifaqının və onun üzvü olan 10 ölkənin strateji tərəfdaşıdır. Bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycan yaxından iştirak edir".

Azər Allahverənovun fikrincə, Fransada bu reallığı dəyərləndirən müəyyən qüvvələr var:

"Lakin hələlik söz sahibi anti-Azərbaycan və anti-Türkiyə əhval-ruhiyyəsində olan siyasi mərkəzlərdir. Bu isə nəticə etibarilə Fransanın milli maraqlarına da cavab vermir. Çünki Fransanın milli maraqları Azərbaycan həbsxanalarında saxlanılan ermənilərin azad edilməsi ilə bağlı çağırışlardan ibarət deyil. Halbuki həmin şəxslər separatçılara rəhbərlik edib, Azərbaycan xalqına qarşı soyqırımı törədiblər və bu əməllər məhkəmə yolu ilə öz təsdiqini tapıb.

Belə bir şəraitdə hansısa Fransa nümayəndəsinin, məsələn, Nikolas Farişyenin həmin şəxslərlə bağlı, xüsusilə də onların azad olunması ilə əlaqədar fikir səsləndirməsi beynəlxalq hüququn təməl prinsiplərinə zidd addımdır. Bu, birmənalı şəkildə Fransanın rəsmi mövqeyi ola bilməz. Çünki belə olduğu təqdirdə, bu, başqa bir ölkənin daxili işlərinə qarışmaq kimi də qiymətləndirilə bilər. Ona görə də bu cür şəxslər üzərindən belə fikirlər səsləndirilir.

Nəticə etibarilə, Azərbaycan-Fransa münasibətlərində yaranan gərginlik fonunda əsas prinsip ölkəmizin milli maraqlarının qorunması ilə diplomatik manevr imkanlarının saxlanılması arasında tarazlığın təmin edilməsidir. Bu gün həmin tarazlığın uğurla qorunduğunu görürük".

Deputat vurğuladı ki, Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırır:

"Şərq-Qərb əlaqələri, Türk dünyası və digər məsələlər bu prosesin mühüm istiqamətləridir. Fransa həqiqətən də bu prosesdə konstruktiv mövqe sərgiləmək istəyirsə, ən azı rəsmi nümayəndələrinin dilə gətirdikləri ritorikadan kənara çıxmalı, Azərbaycanla münasibətlərin qarşılıqlı fayda və maraqlar əsasında inkişaf etdirilməsində maraqlı olmalıdır.

Bunun üçün belə ritorikaların qarşısını almaqla yanaşı, Azərbaycan və bütövlükdə Cənubi Qafqazla bağlı daha praqmatik xarici siyasət kursu həyata keçirməlidir. Diplomatik dialoq və kanallar vasitəsilə daim gündəmdə saxlanılan bu cür mövzular istər-istəməz iki dövlət arasında münasibətlərin müəyyən aspektlərinə təsir göstərir.

Bununla belə, rəsmi xarici siyasət kursu da mövcuddur. Fransa 44 günlük Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamənin qəbul olunmasına cəhd göstərmişdi. Lakin bu təşəbbüs digər üzvlər tərəfindən mənfi qarşılanmış və veto ilə nəticələnmişdi. Bu da sonrakı mərhələdə Fransanın daha müdrik davranmasının vacibliyini göstərdi.

Rəsmi Paris bu reallığı nə qədər tez dərk edib siyasətini ona uyğun qurarsa, bir o qədər yaxşı olar. Düşünürəm ki, Makrondan sonra hakimiyyətə gələcək prezidentin davranışında da bu məsələyə münasibəti xüsusilə görmüş olacağıq".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri