Icma.az
close
up
RU
Ağır xəstə olan Xalq artistinə niyə dəstək göstərilmir? (AÇIQLAMA)

Ağır xəstə olan Xalq artistinə niyə dəstək göstərilmir? (AÇIQLAMA)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Bir aya yaxındır ki, Xalq artisti Ənvər Həsənov insult keçirib. Səhhəti günü-gündən ağırlaşan aktyor əvvəlcə Xəzər Tibb Mərkəzinin Terapiya Şöbəsinə yerləşdirilib. Orada bir müddət müalicə olunandan sonra isə xəstəxanadan Reabilitasiya Mərkəzinə köçürülüb. 

Bəs hazırda evində müalicəsi davam edən Ənvər Həsənova həmkarlarından kimlər baş çəkib və kimlər səhhəti ilə maraqlanıb? 

Saytımıza daxil olan məlumata görə, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev və eləcə də Azərbaycan Kino Agentliyinin aktyorla əlaqəsi olmayıb. 

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Ənvər Həsənovla bağlı ölkə rəhbərliyinə zamanında müraciət olunub: 

"İttifaqın sədri Şəfiqə xanım olan vaxtlarda ölkə rəhbərinə müraciət olunub və Ənvər müəllim Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə  isə Kinematoqrafçılar İttifaq il ərzində 20-dən artıq kinematoqrafçıya sosial yardımlar ayırır. Əməliyyat xərcləri də ödənilir". 

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə Ənvər Həsənovun ağır xəstə olduğundan xəbərdardır, amma:

"Onun xəstəliyi ancaq həkimlikdir. Həkimlər də əlindən gələni edir. Bu gün artistlərin inkanı ortadadır. Ənvər Həsənova dəstək göstərilməsi ilə bağlı müraciətləri lazımı orqanlara başda Rasim Balayev olmaqla Kino İttifaqı etməlidir. Lakin bu gün Balayev başına bir dəstə antikinoçuları yığaraq ittifaq yaradıb. Təəssüflər olsun ki, bu belədir. Heç kəsi də yadına salmır. Azərbaycan Kino Agentliyi, şəxsən Orxan Fikrətoğlu bunları nəzarətdə saxlamalıdır. Mən təkəm, əlimdən heç nə gəlmir. Bütün mübarizəm kinonu xilas etməkdir. Kinoya aid olmayan iki ittifaq biləşib və indi də öz işləri ilə məşğuldur".

Xalq artisti əlavə edib ki, Kino İttifaqının birbaşa işi kino xadimlərinə xidmət etməkdir:

"3-5 nəfəri başına yığıb, onlara xidmət etmək deyil. Heç kəs eləmir, mən də deməkdən yorulmuşam. Məndən başqa kimsə danışmır. Mən də danışanda oluram pis adam. Hamı kinonun hesabına kişi olub çörək qazanıb, ad-san sahibi olub".

Bahar Rüstəmli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri