Ağır zədə alan Loftus Çikin SON DURUMU
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Milan" yarımmüdafiəçi Ruben Loftus-Çikin təxminən 8 həftə meydanlardan kənarda qalacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Seria A-nın 26-cı turunda “Parma” ilə oyunun (0:1) 8-ci dəqiqəsində Loftus-Çik cərimə meydançasına edilən ötürmədən sonra topu yumruqla uzaqlaşdıran “Parma”nın qapıçısı Edoardo Corvi ilə toqquşub. İngiltərəli futbolçu yerə yıxılıb, boynu sabitlənərək xərəkdə meydandan çıxarılıb. Daha sonra onda üst çənənin dişləri daşıyan hissəsi – alveolyar çıxıntının sınığı aşkarlanıb.
Klubun yaydığı məlumata görə, futbolçu əməliyyat olunub, cərrahi müdaxilə uğurla keçib. Loftus-Çik artıq xəstəxanadan buraxılıb və vəziyyəti yaxşıdır. Təxmini bərpa müddəti 8 həftədir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 24 Fevral 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















