Icma.az
close
up
RU
Ağlasığmaz faciə: Bir gecədə kənd yox oldu FOTOLAR

Ağlasığmaz faciə: Bir gecədə kənd yox oldu FOTOLAR

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Sakarya  bölgəsində baş verən və 24 saatdan çox davam edən meşə yanğını güclü küləyin təsiri ilə Bilecik vilayətinə də keçib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alovların sürətlə yayılması nəticəsində 9 kəndə zərər dəyib, onlarla ev yanaraq yararsız hala düşüb.

Bilecik bölgə rəhbəri Faik Oktay Sözer hadisə ilə bağlı fövqəladə vəziyyət mərkəzinin qurulduğunu və ümumilikdə 17 yaşayış yerindən 367 nəfərin təhlükəsiz ərazilərə köçürüldüyünü bildirib. Yanğın səbəbilə 762 xırdabuynuzlu və 709 iribuynuzlu heyvan da təxliyə olunub. Küləyin güclü olması yanğınsöndürmə işlərini çətinləşdirir. Buna baxmayaraq, sabah yağış gözlənildiyi üçün ümid verici vəziyyət yaranıb.

Alovlara qarşı 700 nəfərdən ibarət canlı qüvvə, 200 texnika, 10 yanğınsöndürən maşın və 11 hava nəqliyyatı vasitəsi ilə müdaxilə edilir. Gecə-gündüz davam edən səylərə baxmayaraq, bəzi ərazilərdə alovun yayılması hələ də davam edir.

Ən ağır ziyan Tongurlar kəndinin Urgancılar adlı yerində müşahidə olunub – burada 17 evdən 13-ü tamamilə yanıb, bir qoyun və 50 toyuq tələf olub. Kənd sakinləri yaşananları “böyük fəlakət” kimi dəyərləndirirlər.

Qeyd edək ki, hazırda əraziyə zərərli tüstü və güclü külək hakimdir. Yanğının nə vaxt tam nəzarətə alınacağı hələlik bilinmir.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 İyun 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri