Rusiya ilə Ermənistan arasında yeni QALMAQAL
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya ilə Ermənistan arasında “ivanlar” ifadəsi ilə bağlı yeni qalmaqal yaranıb.
Modern.az xəbər verir ki, Rusiyanın Ermənistandakı səfirliyi Şirak vilayətinin qubernatoru David Aruşanyanın paylaşımını nasistlərin danışıqları ilə müqayisə edib. Bu barədə diplomatik nümayəndəliyin “Telegram” kanalında məlumat verilib.
Rusiya səfirliyinin açıqlamasında Aruşanyanın paylaşımında yer alan ifadələrin təəccüblə qarşılandığı bildirilib. Diplomatik nümayəndəlik qeyd edib ki, hansısa “ivanlar”ın xatırladılması Böyük Vətən müharibəsi dövründə nasistlərin danışıqlarına oxşayır.
Səfirlik əlavə edib ki, bu cür açıq bəyanatlar ruslara qarşı milli düşmənçiliyi qızışdıra bilər. Bunun isə iki ölkə xalqları arasında əsrlər boyu formalaşmış dostluq münasibətlərinin ruhuna tamamilə zidd olacağı vurğulanıb.
Xatırladaq ki, oktyabrın 17-də Şirak vilayətinin qubernatoru David Aruşanyan paylaşım edərək belə yazmışdı: “Gümrü sizin “Nijni Tabor”unuz, gümrülülər də sizin “ivanlarınız” deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 27 Oktyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















