Problemli kreditlərin həcmi artır: Səbəb nədir?
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 754,3 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, sentyabrın 1-i ilə müqayisədə 4,5 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 43,8 %, son bir ildə isə 42,8 % artıb.
Bəs problemli kreditlərin məbləğinin davamlı artması təhlükəli həddən xəbər verirmi?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, problemli kreditlərin artım dinamikası artıq narahatedici həddə çatıb.
Onun sözlərinə görə, ümumi kredit portfelində problemli kreditlərin payı hələlik təhlükəli səviyyədə deyil:
“Dünyanın bir çox ölkəsində problemli kreditlərin ümumi kredit portfelində payının 3 %-i keçməsi ciddi problem göstəricisi hesab olunur. Azərbaycanda isə bu göstərici hazırda 1,8-1,9 % təşkil edir”.
Ekspert vurğulayıb ki, burada əsas narahatlıq doğuran məqam məhz problemli kreditlərin artım tendensiyasıdır:
“Hər ay, demək olar ki, problemli kreditlərin həcmi artır. Bu, ondan xəbər verir ki, əhalinin real gəlirləri gözləntilər səviyyəsində artmır və həyatın bahalaşması insanları daha çox kredit götürməyə məcbur edir. Daha çox kredit götürüldükdə isə onların qaytarılması ilə bağlı problemlər yaranır. Çünki insanların gəlirləri həyatın bahalaşmasına uyğun artmır. Bunun üzərinə kredit yükü də gələndə tədricən problemli kreditlər yaranır. İnsanlar borclarını qaytara bilmirlər.
Bu baxımdan, Azərbaycanda mövcud tendensiyanın təhlükəli olduğunu demək olar. Düşünürəm ki, hələ də vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün müəyyən addımlar atmaq mümkündür. Buna görə də problemli kreditlərin yaranma səbəbləri ciddi araşdırılmalıdır”.
O qeyd edib ki, imkan daxilində kredit faizləri aşağı salınmalıdır:
“Bu, problemli kreditlərin artması ilə bağlı təhlükəli tendensiyanın qarşısını almağa kömək edə bilər”.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: kredit Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Oktyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















