Icma.az
close
up
RU
Ağlıma gəlməzdi ki, bir gün Liverpul Enfild də Qarabağ a qarşı oynayacaq və görüşdə Qarabağ formasıyla iştirak edəcəm

Ağlıma gəlməzdi ki, bir gün Liverpul Enfild də Qarabağ a qarşı oynayacaq və görüşdə Qarabağ formasıyla iştirak edəcəm

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda keçirilən "Liverpul" - "Qarabağ" oyunu "köhlən atlar"ın 0:6 hesablı məğlubiyyəti ilə nəticələnsə də, azərbaycanlılar toy-bayram əhval-ruhiyyəsində idi. Həm matçı yerindən izləmək üçün "Enfild"ə yollananlar, həm də televiziyalardan izləyənlər. Ona görə ki, liqa mərhələsini 22-ci sırada tamamlayan Ağdam təmsilçisi pley-offa vəsiqə qazandı.

Tarixi matça "Enfild"də şahidlik edənlərdən biri də Liverpulda yaşayan "Qarabağ" azarkeşi Sevinc Məmmədova idi. Bilindiyi kimi, o, həm də "köhlən atlar"ın azarkeşi kimi tanınıb. Maraqlıdı, Sevinc xanım hansı komandanın qalib gəlməsini arzulayırdı? Sevimli komandalarının İngiltərənin futbol məbədində üz-üzə gəlməsi, "qırmızılar"ın böyükhesablı qələbəsi onda hansı təəssürat oyatdı?
Bu sullarla Sevinc xanıma müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Bu oyuna qədər cari mövsümdə "Liverpul"un Çempionlar Liqasında 1, premyer-liqada 5 oyununda iştirak etmişdim. "Enfild'də matç izləmək uşaqlıqdan bəri ən böyük arzum olub. Həmin vaxtlar ağlıma gəlməzdi ki, bir gün "Liverpul" "Enfild"də "Qarabağ"a qarşı oynayacaq və görüşdə "Qarabağ" formasıyla iştirak edəcəm. Çox xoşbəxtəm ki, bu xəyal gerçək oldu. Reallaşması zaman alacaq deyə heç bir xəyalınızdan vaz keçməyin deyiblər. İnsan bu ifadənin düzgünlüyünü uzun müddət bir şeyi istəyib sonra əldə edəndə daha yaxşı anlayır. Oyun günü "Enfild"də, həmişə olduğu kimi, möhtəşəm atmosfer vardı. Komandamız qalib gəlməsə də, növbəti mərhələyə keçdiyinə görə hesab bizi üzmədi... Əslində bir az üzüldüm... Təbii ki, "Qarabağ"ın qələbə qazanmasını istəyirdim. Düzdü, futbolu "Liverpul"la, Cerrardla ("Liverpul"un əfsanəvi futbolçularından Stiven Cerrardı nəzərdə tutur - red.) sevmişəm. Lakin "Qarabağ"ın yeri məndə başqadı. Çünki bu komanda mənim üçün ailə kimidi. "Liverpul" dünya futbolunda iz qoymuş, tarixi, ənənələri, dəst-xətti olan klubdu. "Qarabağ" isə indi-indi adından söz etdirir. Bu baxımdan "Qarabağ"ın daha çox dəstəyə ehtiyacı var".

Sevinc Məmmədova "köhlən atlar"ın pley-offdakı rəqibinin "Nyukasl" olmasına görə də sevinir:

"Püşkatmadan əvvəl dua edirdim ki, növbəti rəqib "Nyukasl" olsun. "Qarabağ"ın yenidən bura - İngiltərəyə gəlməsi mənim üçün böyük hədiyyədi. Həm də PSJ daha güclü, çətin rəqibdi. Ümid edirəm ki, "Qarabağ" "Nyukasl"ı mübarizədən kənarlaşdıra biləcək".

KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:27
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Fevral 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri