Icma.az
close
up
RU
Yaxşı adamları uzaqdan da tanımaq olur…

Yaxşı adamları uzaqdan da tanımaq olur…

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Onunla Şamaxıda keçirilən tədbirlərin birində görüşmüşük. Orada dostların çevrəsində o da var idi. Bacardığım qədər müşahidə edib, onu dinləməyə və tanımağa çalışdım.

Təbiətcə analitikdir. İnsanı diqqətlə nəzərdən keçirib haqqında söz deməyi bacarır. Qürurlu adamdır, amma cansıxıcı, quru deyil. Liderlik keyfiyyətləri var. O, həmişə yenilik axtarır, macəra həvəskarıdır. Risk etməyi, fərqliliyi xoşlayır. Fikri ilə razılaşmayan insanlarla mübahisə etməkdən çəkinmir. Çılğın xarakteri var, insanlara sevgisini necə göstərəcəyini dəqiq bilmir. Nə qədər optimist olsa da, azadlığı uğrunda mübarizə aparmağı bacarır. Onun emosiyalarını hər adam duya bilməz. Bu emosiyaları başa düşmək çətindir. Şən, mehriban xasiyyətinə görə ətrafdakılar tərəfindən sevilir...

Qəşəm Nəcəfzadə onu belə xarakterizə edir: “Mənə elə gəlir ki, o bəzi şeirlərində yerini tez nişan verir, gizləndiyi yerdən tez çıxır, bir az üstünü ay işığı ilə, bir az yağışla, bir az payızla örtməlidir ki, onu axtarsınlar, gəzsinlər və qəflətən, uzun bir dəqiqədən sonra çıxıb desin ki, “mən burdayam”. Azərbaycan poeziyasında onu çox axtardım, bəzən tez tapıldı, bəzən gec. Mən gec tapılan, axtarılan, şeirdə obrazını gizlədən şairləri çox sevirəm və o da orijinal, maraqlı bir şair kimi bu sıradadır. Onun uşaqlıq və gənclik dostu kimi, onu tanıyan, bilən adam kimi deyə blərəm ki, məhz şeirlərində onun obrazı aydın görünür. Mən onun ağlamağını görmüşəm və bilirəm ki, ağlamaq qədər insanı ifadə edən heç bir üslub ola bilməz. Bacısı, ekiztayı rəhmətə getmişdi, mənə xəbər verdi və doyunca ağladı, o hönkürtünü heç vaxt unuda bilmirəm...”.

O, həyatı heç vaxt zarafat kimi qəbul etmir. Hadisələri ağılla qiymətləndirməyi bacarır. Heç kimin ağlına gəlməyən hadisələri yaşadığına görə, özü ilə ətrafdakılar arasında görünməz bir pərdə yaradır. O, həyata praktiki baxır. Ətrafdakıların heyran qaldığı və hörmət etdiyi insandır. İşləri yaxşı gedəndə hər şeyə nəzarət edə bilir və münaqişə yaradan insanlara məhəl qoymur. Bəzən hədləriasanlıqla aşmağa cəsarəti ona kömək edir. Bu da müxtəlif problemlərə səbəb olur...

Qəşəm Nəcəfzadə daha sonra söyləyir: “O, unudulmayan adamlardandır. İncikliyimiz də olub, küsülülüyümz də. Amma bir gün keçəndən sonra qarşılaşan kimi, ikimizi də gülmək tutub, heç özümüz də bilməmişik ki, niyə güldük, niyə küsmüşdük və niyə barışdıq? Onun şeirlərini həmişə sevmişəm, yaxşı cəhətlərindən hər yerdə ağız dolusu danışmışam, çünki onda yarımçıqlıq yoxdur, ürək dolusu adamdır, sevgisi də bütövdür, şeiri də, hətta sərbəst şeiri sevməməyi də. Bu da təbiidir. Çünki, o heca şeirinin tanınmış nümayəndəsidir. Hərdən mənim sərbəst şeirlərim haqqında belə deməyi də var: “Axşam sənin o nağıllarından bir-ikisini oxudum”. Bu cümlədə o işarə əvəzliyi onu ifadə edir ki, yəni xoşum gəlməyən nağıllarından...”.

Qavrama qabiliyyəti çox yüksəkdir. Sərt görünüşə sahib olsa da, həzz və rahatlıq aşiqidir. Ehtiyatlı, sabit və hətta şübhəli olması uğurlarının ən böyük amilidir. Hadisələrdə detallara böyük əhəmiyyət verir. Bəzən onda qəribə bir tənhalıq hissi yaranır və buna dözməyə çalışır. Onun haqqında bilməli olduğunuz xüsusiyyətlərdən- məntiqli və məzmunlu olmasını hökmən qeyd etməliyəm və intellektual insan olduğunu deməyə bilmərəm...

Filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov yazır: “Onun adı gələndə gözümün qabağında bu çağımızın ziyalılar mühitində cümləqayğı obrazı canlanır… Özü də, möhtəşəm, boya-boy bir obraz! Onu AYB-nin “qaraşuxası” da, “haqqa dayanan, haqqa söykənən, könlünü şerə verən şair” də, adlandırırlar və elə də var. Bütün bunlar onun torpaq-Vətən oğlu olmağından irəli gəlir.İmişlidə dünyaya gəlib, uşaqlığı, ilk gəncliyi İmişlinin Ağamallar kəninin bol-bəhrəli, yovşan ətirli çöllərində keçib, aranlı-yaylaqlı yamaclarda qoyun-quzu otarıb, çiling-ağac oynayıb, tərəkəmə həyatı yaşayıb. Elə onun səmimiliyi, istiqanlılığı, şeirin vətəndaşlıq ətri bu kənd-kəsəkdən gəlir, illər boyu şəhərdə yaşasa da, evi-eşiyi şəhərdə olsa da, çoxumuz kimi şəhər onu şəhərli edə bilməyib. Bu xaotik şəhər mühitində bir kəndçi balası qədərincə səmimiyyətini qoruyub saxlayıb və yaxşı ki, bütün bunlar bir sərvət kimi onun poetik yaradıcılığına yansıyıb, hopub, yaxşı-pis, az-çox nəyi var, özüdür, özününküdür…”.

Liberal xarakterli insandır. Azadlığına böyük əhəmiyyət verdiyi üçün qaydaları, sosial normaları, qısqanclığı, şəxsiyyətinə müdaxiləni qətiyyən sevmir. O, nə istəyirsə hökmən olmalıdır. Bu xüsusiyyətinə görə münasibətlərdə bəzən çətinlik çəksə də, sağlam düşüncəsi və ictimai quruluşu ona uğur gətirir...

Dayandur Sevgin 1959-cu ildə İmişli rayonunun Ağamalılar kəndində dünyaya gəlib. 1976-cı ildə Zərdab rayonunun Şəftəxal kənd orta məktəbini, 1982-ci ildə Sumqayıt Politexnik Texnikumunu, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin bədii yaradıcılıq fakültəsinin bitirib. 2000-ci ildən 2021-ci ilədək “Kaspi” qəzetində çalışıb. Hazırda AYB-nin “Ulduz” jurnalında poeziya və nəsr şöbəsinin müdiridir. Fevralın 5-i onun növbəti ad günüdür. Bu dəfə 67 yaşı tamam olur. Təbrik edirəm!

Bəli, yaxşı adamları uzaqdan da tanımaq olur...

Elman Eldaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Fevral 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri