Icma.az
close
up
RU
Ağrılarımız azalmır ki, artır… Bakıdakı apteklərin önündə yekə bir sual işarəsi var

Ağrılarımız azalmır ki, artır… Bakıdakı apteklərin önündə yekə bir sual işarəsi var

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Əksəriyyətində tibbi savadı olmayan, əczaçılıq ixtisasını bitirməyən adamlar işləyir


Azərbaycanda apteklərin sayı kifayət qədər çoxdur, həmin apteklərin tələblərə cavab verməsi sual altındadır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri, akademik Əhliman Əmiraslanov deyib. Ə. Əmiraslanov bildirib ki, bu sahədə kifayət qədər narazılıqlar var: “Dərmanların keyfiyyəti və qiyməti ilə bağlı da çox şikayət eşidirik . Bu məsələ ayrıca müzakirə mövzusudur. Dərmanların keyfiyyəti və əlçatanlığı ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə tədbirlər keçirilməlidir”. İclasda qeyd edilib ki, həkimlərin və əczaçıların sertifikasiyası üçün yeni prosedur müəyyənləşir. “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdən biri də Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının davamlı peşəkar inkişaflarının qiymətləndirilməsi ilə həyata keçiriləcəyidir. Başqa sözlə, hazırda qüvvədə olan qanuna əsasən, əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər) dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Yeni layihəyə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların bu maddənin beşinci hissəsinə uyğun olaraq davamlı peşəkar inkişafının  qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçiriləcək. DPİ praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən akkreditasiya olunmuş elmi və (və ya) tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və (və ya) müstəqil DPİ fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanması yolu ilə həyata keçiriləcək.


Terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bəzən apteklərdə keyfiyyətsiz dərman preparatlarının satıldığı sirr deyil: 


- Pasiyentlər bəzən narazılıq edir ki, dərman qəbul edirik, amma faydası olmur. Bunun səbəbi ölkəyə idxal edilən dərman preparatları arasında tam tərkibə məxsus olmayanların da idxalıdır. Elə dərman preparatları var ki konkret xəstəliyə qarşı lazım olan kimyəvi tərkibə malik deyillər. Elemtrlərdən hansısa əskikdir, yaxud da lazım olan normadan aşağı səviyyədədir. Bu cür dərmanlar əlbəttə, faydasız olacaq, pasiyentə kömək etməyəcək. Belə problemlər yaşanır. Dərmanların əksəriyyətini firmalar ölkəyə gətirir. Qida əlavələri kimi tövsiyə olunan dərmanlar da var ki həkimlər bəzən onları da təyin edir. Bu artıq həkimin vicdadına bağlı məsələdir. Elə xəstəlik var, onun müalicəsində 1 dənə də qida əlavəsinə ehtiyac yoxdur. 3-4 dərman preparatı müalicə üçün kifayət edir. Həkim də xəstənin maddi durumunu nəzərə ala bilmir çox zaman. Konkret xəstəliyin müalicəsində istifadə edilməli dərmanlar var ki onlar yazılmalıdır, müalicə müddətində qəbul edilməlidir.  Amma əlbəttə ki, əlavə preparatlar, xəstəlyin müalicəsində vacib olmayan, hətta gərəksiz olan, məsələn, hansısa qida əlavələrini lazımsız yerə pasyentə təyin etmək olmaz. Həkimlər bunu nəzərə almalıdır və yalnız müalicə üçün faydalı olacaq dərman preparatlarını təyin etməlidirlər. Ona gorə də biz təkid edirik ki bir sıra vacib, əhəmiyyətli dərman preparatları da icbari tibbi sığortaya daxil edilsin, onların dəyəri dövlət hesabına ödənsin ki pasiyentlərin üzərinə ağır maddi yük düşməsin.


Ş.Məmmədov əczaçıların sertifikasiyaya cəlb edilməsini vacib saydığını bildirdi: 

- Aptekdə tibbi savadı olan, əczaçılıq ixtisasını bitirmiş kadrlar işləməlidir. Bəzən görürük ki, aptekdəki satıcı həkimin təyin etdiyi dərmandan savayı başqa preparat təklif edir, vətəndaş deyir “başım ağrıyır”, satıcı ağrıkəsici dərman təklif edir. İnsanın başının ağrıması müxtəlif səbəbləri ola bilər. Bəlkə də həmin vaxt onun qəbul edəcəyi ağrıkəsici əksinə, ziyanlı olacaq. Avropada həkim göstərişi olmadan ağrıkəsici satılmır, antibiotic satılmır, buna icazə yoxdur. Bizdə isə hər cür ağrıkəsici dərmanlar açıq satışdadır, satıcılar özbaşına antibiotik, serum (sistem) təyin edir, insanlarımız da alır. Ziyanlı ola biləcəyini isə düşünmürlər.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Aprel 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri