Icma.az
close
up
RU
I Liqanın mənzərəsi: Uğurlu start götürənlər də var, ümidləri doğrultmayanlar da

I Liqanın mənzərəsi: Uğurlu start götürənlər də var, ümidləri doğrultmayanlar da

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında artıq 6 tur geridə qalıb. 10 komandanın iştirakı ilə baş tutan çempionatın maraqlı mübarizəyə səhnə olduğu vurğulanmalıdır. Düzdür, yarış hələ yeni başlayıb və uzun marafonda kimin nəyə nail olacağını proqnozlaşdırmaq tələskənlik olar. Amma istənilən yarışda olduğu kimi, "birincilər"i də artıq iddialılar, ortabablar və autsayderlər təsnifatına ayırmaq mümkündür. 

Limitin ləğvi rəqabəti artırıb

2025/2026 mövsümündən Premyer Liqada əcnəbi oyunçulara qoyulan limitin AFFA İcraiyyə Komitəsinin fevralın əvvəlində baş tutan iclasında ləğv olunmasından sonra təcrübəli yerli futbolçuların 1-ci Liqaya üz tutacağı gözlənilən idi. Təsadüfi deyil ki, Elşən Abdullayev ("Baku Sportinq"), Cabir Əmirli, Qurban Səfərov (hər ikisi "Mingəçevir"), Cavid Tağıyev (MOİK), Rəhman Hacıyev, Nicat Süleymanov, Turan Vəlizadə, Kamran Quliyev, Bahadur Həziyev (hamısı "Səbail"), Əlirza Müştəbazadə, Novruz Məmmədov, Tərlan Quliyev, Emin Zamanov, Zahid Mərdanov, Ədilxan Qarəhmədov, İsmayıl Zülfüqarlı, Ramin Nəsirli, Amin Yunanov, Elnur Cəfərov (hamısı "Şəfa") kimi Premyer Liqa təcrübəsi olan futbolçular indi aşağı liqada top qovur. Hələ onu demirik ki, 2-ci Liqada da belə adlar yetərincədir. Bu da liqalara marağı artırır. Bu üzdən heyətində tanınan ismlərin çox olduğu komandaların digərlərini qabaqlaması məntiqlidir.

Çempionluğa 4 namizəd var

Yayda həyata keçirilən transferlərə və hazırlıq dönəminin gedişatına əsasən 5 komanda 1-ci Liqadakı çempionluq yarışında favorit göstərilirdi. Ancaq çox keçmədi ki, MOİK digərləri ilə ayaqlaşmadı. İlham Yadullayevin baş məşqçisi olduğu "hərbçilər" heyətinə və büdcəsinə baxmayaraq, hələki zəif nəticə göstərir. Paytaxt təmsilçisi 6 turdan sonra liderdən nə az, nə çox  - 11 xal (!) geri qalır.
"Şəfa", "Səbail", "Mingəçevir", o cümlədən çempionatın startı ərəfəsində baş məşqçisi ilə yollarını ayrımasına baxmayaraq, inamlı çıxışına davam edən "Baku Sportinq" elitaya vəsiqə uğrunda əzmlidir.   

"Şəfa"...

Ötən mövsüm 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqaya yüksələn "Şəfa" debütant olmasına baxmayaraq, yetərincə inamlı görünür. Əlbəttə, heyətin genişliyindən əlavə, maliyyə sabitliyi, həmçinin, baş məşqçi amili nəticələrdə əksini tapır. 34 yaşlı Elgiz Kərəmli gənc məşqçi olsa da, komandada yaxşı ab-hava yaratmağı bacarıb. 


Paytaxt təmsilçisi 6 turdan sonra yenilməzdir. Komanda 5 görüşdə qələbələri sıralayıb, yalnız son turda əsas rəqibi "Səbail"lə heç-heçəyə razılaşıb. "Şəfa"nın xüsusilə hücum xəttinin gücü qeyd olunmalıdır. Təsadüfi deyil ki, Kərəmlinin komandası məhsuldarlıq baxımından (17 qol) bütün rəqiblərini aşkar fərqlə geridə qoyur.

..."Səbail"...

Ötən mövsüm Premyer Liqada sonuncu yeri tutaraq 1-ci Liqaya düşən "Səbail" istər heyət, istərsə də baş məşqçi amili baxımından "Şəfa"dan geri qalmır. Üstəlik, heyətdə səviyyəli legionerlər də var. Baş məşqçi Elvin Məmmədov elita təcrübəsinə nə sahibdir. Klubun maddi vəziyyəti də normal səviyyədədir. Qalır özünün komplektləşdirdiyi komandanı qələbələrə kökləmək və Premyer Liqaya dönmək.


Keçirdiyi 6 oyundan 2-də xal itirən "dənizçilər" bir qədər inamsız görünsələr də, "Şəfa" kimi, məğlubiyyət tanımır. Komanda liderdən cəmi 2 xal geri qalır.  

..."Mingəçevir"...

"Mingəçevir" təcrübəli Ramiz Məmmədovun rəhbərliyi altında çempionluq mübarizəsinin favoritlərindən hesab olunur. Sözügedən komanda ilk turda "Səbail"ə uduzsa da, liderdən cəmi 3 xal geridədir. Üstəlik, Məmmədovun komandası növbəti turda məhz lider "Şəfa"nı evində qonaq edəcək. Mümkün qələbə ilk "dördlük"dəki mübarizəni daha da artıracaq, rəqabət böyüyəcək.  

..."Baku Sportinq"...

"Baku Sportinq" yuxarıda şanslarını yüksək dəyərləndirdiyimiz 3 komandadan bir qədər geri qalsa da, mübarizədən qopmaq istəmir. Paytaxt təmsilçisi 6 turda daha çox heç-heçələrlə diqqət çəkib. Belə ki, Röyal Nəcəfovun komandası bu görüşlərin yarısından 1 xalla ayrılıb. Bakılılar 7-ci turda "Cəbrayıl"ı yenməyə və "üçlük"dən geri qalmamağa borcludur. Çünki "Baku Sportinq" birinci dövrədəki son iki oyununu iddialılar "Səbail" və "Mingəçevir"ə qarşı keçirəcək.

... və digərləri

İddiası ilə nəticələri üst-üstə düşməyən "Ordu"nun dirçələcəyi, həmçinin, ortabab komanda statusuna uyğun gələn "Zaqatala" ilə "Şahdağ Qusar"ın liderlərə asan boyun əyməyəcəyi reallığını göz önünə gətirəndə liqadakı mübarizə barədə nikbin danışmaq olur.   
"Difai", "Cəbrayıl" və "Şimal"ın nəinki çempionluğa, elitaya vəsiqə uğrunda (2-ci yeri tutan komanda Premyer Liqanın 11-cisi ilə pley-off matçına çıxacaq) oynamayacaqları dəqiqdir, amma bu komandalar arasından da aşkar autsayderi göstərmək çətindir. Təsadüfi deyil ki, son turlarda "zirzəmi"də olan komanda hər dəfə dəyişir, "Difai", "Şimal", MOİK və "Cəbrayıl" son pilləyə yuvarlanırlar. Görünən odur ki, II Liqaya düşməmək uğrunda da sona qədər mübarizəyə şahidlik edəcəyik.

Məşqçi istefaları sıralanır

Çempionat yeni başlasa da, artıq bir neçə məşqçi istefası baş tutub ki, bu da klubların iddiasından xəbər verir. Mövsümün startına iki həftədən də az müddət qalarkən "Baku Sportinq"dən uzaqlaşdırılan Elman Sultanovu nəzərə almasaq,

I Liqada artıq 2 baş məşqçi istefası reallaşıb. "Cəbrayıl" gənc məşqçi Bəxtiyar Soltanovu yola salıb. Bölgə təmsilçisi 5 oyunda üzləşdiyi 4 məğlubiyyəti ona bağışlamayıb. Yeni baş məşqçi təyinatı açıqlanmasa da (bu işi köməkçi məşqçilər İlkin Hacıyev və Tariq Qasımov yerinə yetirir) komandanın yaradıcısı Cavid Hüseynov hazırlıq prosesinə nəzarət edir.  
Daha bir məşqçi istefası "Difai"də baş verib. Dördüncü turda məhz "Cəbrayıl"a biabırçı məğlubiyyətdən (0:4) sonra Hüseynqulu Quliyev postundan uzaqlaşdırılıb. Ağsu təmsilçisi də köməkçi məşqçi Aydın Qasımova tapşırılıb.

 
Adıçəlilən məşqçilərdən başqa, MOİK-də İlham Yadullayev də yol üstündədir. Nazirlik təmsilçisinin 6 oyunda cəmi 1 qələbə qazanması rəhbərliyin səbr kasasını daşırmaq üzrədir. Artıq çalışdırıcıya xəbərdarlıq olunub. Sadəcə, komandanın son 2 turda 4 xal toplaması ("Cəbrayıl" - 4:1, "Baku Sportinq" - 0:0) istefanı yubatdı. Növbəti iki turda isə çempionluğa iddialı komandalarla - "Səbail" və "Mingəçevir"lə görüşlərdə qeydə alınacaq uğursuz nəticələr Yadullayevin sonunu yaxınlaşdıracaq.

10 komanda 7 stadiona sığınıb

Sözsüz ki, elitaya iddia edən I Liqa klubları nəticə ilə yanaşı, Premyer Liqanın tələblərini də nəzərə almalıdır. Hətta AFFA və Peşəkar Futbol Liqası indidən bu istiqamətdə diqqətini artırmalıdır. Premyer Liqanın debütantları "Karvan-Yevlax" və "İmişli" nümunəsi göz önündədir. Sözügedən komandalardan heç biri hazırda doğma azarkeşləri önündə, təmsil etdiyi bölgədə oynamır. Stadion problemi səbəbindən yevlaxlılar Şamaxıya, İmişli təmsilçisi isə Qubaya sığınıb. I Liqanın 10 klubu hazırda 7 stadionun xidmətindən yararlanır ki, onlardan da bir çoxu ev oyunlarını öz arenasında keçirmir. Bu mənada "Səbail", "Mingəçevir", "Baku Sportinq", "Zaqatala" və "Difai" istisnadır. Doğrudur, Binə qəsəbəsində oynayan "Şəfa" arena problemini yola qoymaq iqtidarındadır. Əvəzində MOİK-in ev oyunlarını Binədə, "Cəbrayıl", "Şahdağ Qusar" və "Şimal"ın Şamaxı Olimpiya Kompleksinin stadionunda keçirməsi xoş görüntü deyil. Ümid edək ki, xüsusilə iddialı komandalar infrastrukturla bağlı problemlərini özləri ilə Premyer Liqaya gətirməyəcəklər. 

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://fanat.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri