Icma.az
close
up
RU
Ağstafa Bakı qatarı sərnişinlərin qanunsuz hərəkəti nəticəsində ləngiyib

Ağstafa Bakı qatarı sərnişinlərin qanunsuz hərəkəti nəticəsində ləngiyib

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 26-da sərnişinlərin qanunsuz hərəkəti "Azərbaycan Dəmir Yolları" QSC-nin Ağstafa–Bakı qatarının mənzil başına gec çatmasına, digər sərnişinlərin ciddi narahatlığına səbəb olub.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər veror.

Belə ki, ötən gün saat 17:58-də Gəncə stansiyasında yoxlama məntəqəsində sərnişinlərin qeydiyyatı bitdikdən sonra 2 nəfər sərnişin biletləri təsdiqlənmədən və şəxsiyyətlərini təsdiq edən sənədləri yoxlanılmadan ADY əməkdaşlarına müqavimət göstərərək kənardan keçməyə cəhd göstərib. Onların qatardan düşməkdən imtina etməsi və gediş qaydalarını pozması nəticəsində qatar Bakıya 53 dəqiqə gecikmə ilə çatıb.

Həmin sərnişinlər Bakı Dəmiryol Vağzalında qatardan düşərkən polis əməkdaşları onları bölməyə aparıb və barələrində inzibati protokol tərtib olunub.

“Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat”a əsasən, ADY-nin rayonlararası istiqamətlərə hərəkət edən sərnişin qatarlarına minik zamanı stansiyalarda quraşdırılmış yoxlama məntəqəsində sərnişinin gediş sənədi (bilet), gediş sənədinin rəsmiləşdirilməsində istifadə olunan şəxsiyyəti təsdiq edən sənədin əsli, eləcə də əl yükünün çəkisinin və ölçülərinin (qabarit) müəyyən edilmiş qaydalara uyğunluğu yoxlanılır. Bundan başqa Nazirlər Kabinetinin təsdiq etdiyi “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nın 3.9.1. bəndinə uyğun olaraq qatara minik zamanı və ya yol gedərkən gediş qaydalarını pozan sərnişinlər polis tərəfindən qatardan düşürülə bilər, həmçinin 3.31.10. bəndinə uyğun olaraq sərnişinlər tərəfindən vaqon bələdçisinin və qatarın digər işçilərin işinə maneçilik törədilməsinə yol verilməməlidir.

"Sərnişin məmnuniyyətinin, eləcə də xidmət keyfiyyətinin artırılmasına, sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılmasına xüsusi diqqət yetirən ADY vətəndaşları “Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat” riayət etməklə qatarın hərəkətə başlamasından 1 saat öncə yoxlama məntəqələrində qeydiyyatdan keçməyə və qatarın hərəkətinə mane olacaq davranışlardan çəkinməyə çağırır", - deyə məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://report.az
archiveBu xəbər 27 Yanvar 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri