AĞSTAFA RAYONUNDA ŞƏHİDLƏRİN İLDÖNÜMÜNDƏ VƏ DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB FOTOLAR
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Ağstafalı şəhid Həsənov Elşad Qabil oğlunun ildönümü, Vətən müharibəsi şəhidləri Abdullayev Nihat Adil oğlunun və Cəlilov Xaləddin Asəf oğlunun doğum günü münasibətilə məzarları ziyarət edilib, önünə gül dəstələri düzərək, əziz xatirələri böyük ehtiramla yad olunub. Şəhidlərimizin ailə üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan digər Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 14 Aprel 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















