Icma.az
close
up
RU
Ağstafa RİH başçısı yanında Şuranın növbəti iclası Fotolar

Ağstafa RİH başçısı yanında Şuranın növbəti iclası Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Seymur Orucovun sədrliyi ilə Ağstafa RİH başçısı Aparatının inzibati binasında Şura iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda rayonun hüquq-mühafizə strukturlarının və aidiyyəti təşkilatların rəhbər şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün sahələrində əldə olunan yüksək nəaliyyətlərdən söz açıb, Ağstafa rayonunda icra olunan sosial infrastruktur layihələr, abadlıq-quruculuq tədbirləri barədə ümumi məlumat verib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin ideyaları və zəngin dövlətçilik irsi əsasında gələcəyə doğru inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır, xalqımız ulu öndərin əziz xatirəsini böyük minnətdarlıqla, sonsuz ehtiramla yad edir.

Seymur Orucov Ağstafa RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin yeni təyin olunan müdiri-baş memar Nürəddin Abbasovu kollektivə təqdim etdikdən sonra gündəlikdə duran məsələləri diqqətə çatdırıb və sözü məruzəçilərə verib.

Öz növbəsində başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev - "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planın"da nəzərdə tutulmuş tapşırıqların Ağstafa rayonunda icrası barədə, Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova - Rayon İcra Hakimiyyəti başçısı aparatında gənclərin könüllülük fəaliyyətinə cəlb edilərək, könüllük prosesinin keçirilməsinə nəzarət olunması barədə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev - "Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatında 2024-cü ildə Şəhid ailələri və qazilərin sanatoriyalara göndərilməsinin təmin edilməsinə dair geniş məruzələrlə çıxış ediblər.

Gündəlikdə duran məsələlər ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilib, eyni zamanda, həlli vacib məsələlərlə bağlı nəzarət qaydasında konkret tapşırıqlar verilib.

Yekunda Şuranın müvafiq qərarları qəbul edilib.

Tədbirdə 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə rayonun ictimai-siyasi həyatında fərqlənən altı nəfər Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunublar.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri