Ağstafada 41 yaşlı qadın itkin düşüb
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağstafada 41 yaşlı qadın itkin düşüb.
Gununsesi.info xəbər verir ki, Ağstafa rayonunun Poylu kənd sakini, 1983-cü il təvəllüdlü Leyla Mürşüd qızı Əlləzova yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
İtkin düşən şəxsin əlamətləri belədir: boyu 147 sm, qara saçlı, gözlərinin rəngi şabalıdı, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qara rəngli şalvar, ağ rəngli köynək, tünd qəhvəyi gödəkçə, qara rəngli ayaqqabı olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Ağstafa Rayon Polis Şöbəsinin (022) 225-25-52 şəhər və 050-557-57-82 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Baxış sayı:105
Bu xəbər 15 Noyabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















