Bakıda 111 ev sökülüb 4 yeni stansiya TİKİLƏCƏK
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Yeni Suraxanı-Hövsan xətti üzrə layihələndirmə işlərinin 30 faizi yekunlaşıb" .
Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
O qeyd edib ki, bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb, onlarla müvafiq protokollar imzalanıb, kompensasiyalar ödənilib.
"Xətt üzrə mühafizə zonasına düşən obyektlərin söküntü işləri başa çatıb, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə çəpərləmə işlərinə başlanılıb.
Bu xətt boyunca stansiyalar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub".
Bəxtiyar Hacıyevin sözlərinə görə, Yeni Suraxanı-Hövsan xəttində ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır:
"Yeni Suraxanı-Hövsan dəmir yolu xətti üzrə inşa ediləcək 4 stansiyadan 3-ü Hövsan qəsəbəsində yerləşəcək. Stansiyalardan biri əvvəlki Hövsan Liman stansiyasının ərazisində, digəri Fövqəladə Hallar Akademiyasının yaxınlığında, üçüncüsü isə MİDA yaşayış kompleksinin yaxınlığında inşa ediləcək" (oxu.az).
Baxış sayı:103
Bu xəbər 30 Oktyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















