Moskva bölgəsinə doğru 860 dan çox PUA uçub
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Moskva meri Sergey Sobyanin 30 oktyabrda sosial mediada bildirib ki, cümə günü gecə Moskva bölgəsinə doğru 860-dan çox PUA uçub.
Xəbəri “Anadolu” yayıb.
“29 oktyabr saat 20:30 ilə 30 oktyabr saat 7:30 arasında Moskva bölgəsinə doğru 862 PUA uçurdu. Onların əksəriyyəti Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən uzaq məsafələrdə məhv edildi. Moskvaya yaxınlaşarkən 170 dron zərərsizləşdirilib”.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, dünən gecə ölkənin Silahlı Qüvvələri yerüstü dəqiq silahlar və pilotsuz uçuş aparatlarından istifadə edərək Ukraynanın uzaq və orta mənzilli PUA-ların istehsalı və saxlanması ilə məşğul olan hərbi-sənaye kompleksi obyektlərinə kütləvi zərbələr endirib.
Bundan əlavə, Kiyev şəhəri, Kiyev və Dnepropetrovsk vilayətlərindəki enerji obyektlərinə, eləcə də Odessa bölgəsindəki liman infrastruktur obyektlərinə və “Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə edilən” dəniz gəmilərinə zərər dəydiyi bildirilir.
Zaporojye Atom Elektrik Stansiyasına hücum nəticəsində bir işçinin öldüyü bildirilib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 30 Oktyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















