Ağstafada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağstafada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü Rahilə Əjdər qızı Qəhrəmanovanı avtomobil vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

