Icma.az
close
up
RU
Ağstafada Heydər Əliyevin xatirəsi yad edildi Fotolar Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Ağstafada Heydər Əliyevin xatirəsi yad edildi Fotolar Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir.

AZXEBER.COM xəbər verir ki, anım günündə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə strukturlarının, eləcə də müvafiq idarə, müəssisə və təşkilat kollektivlərinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında YAP Ağstafa rayon Təşkilatı ilə birgə təşkil olunan "12 dekabr - Ulu Öndər Heydər Əliyevin anım günüdür” mövzusunda ümumrayon tədbiri keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan RİH başçısı qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev ömrünü Vətənin rifahına fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Ulu Öndərin bizə qoyduğu güclü Azərbaycan bu gün Onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Azərbaycanı daim zirvələrdə görmək istəyən və buna nail olan Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə yeni həyatın başlanması idi. Bu gün reallaşan bu arzularla suveren ölkəmiz dünyada zəfərlərdən-zəfərlərə doğru ucalır.

Sonra YAP Ağstafa rayon Təşkilatının sədri Etibar Hacıyev, Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov, Qırılı kənd tam orta məktəbin müəllimi Gözəl Rzayeva və Bakı Dövlət Universitetinin professoru Valeh Nəsibov çıxış edərək dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin keçdiyi mənalı ömür yolu, xalq və Vətən qarşısındakı misilisiz xidmətlərindən söz açıblar. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev tarix yaradan şəxsiyyət idi. Onun uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın müstəqilliyi dönməz və əbədi xarakter almışdır. 

Tədbirdə Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri - Faiq Vəlizadə, Gülər Həsənli, İlkin Hüseynli və Aytac Məmmədovanın təqdimatında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ədəbi–bədii kompozisiya nümayiş etdirilib. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri