Ağstafada qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün növbəti qanvermə aksiyası təşkil olunub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Ağstafa, 8 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafada qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün növbəti qanvermə aksiyası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, aksiya talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” Publik Hüquqi Şəxs və Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada rayonun məsul şəxsləri, ictimaiyyət nümayəndələri, könüllü donorlar iştirak ediblər. Xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Qanvermə prosesinin təhlükəsiz və sanitariya normalarına uyğun şəkildə təşkili təmin olunub.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 08 Avqust 2025 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















