Icma.az
close
up
RU
Veteranlar evində diabetdən əziyyət çəkən uşaqlar üçün xeyriyyə tədbiri keçirilib FOTOLAR

Veteranlar evində diabetdən əziyyət çəkən uşaqlar üçün xeyriyyə tədbiri keçirilib FOTOLAR

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Noyabrın 23-də, Ümumdünya Diabetlə Mübarizə Günü münasibətilə, Veteranlar evində “Vətən övladları” xeyriyyə cəmiyyətinin təşkilatçılığı ilə diabetdən əziyyət çəkən uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirin əsas məqsədi uşaqlara psixoloji dəstək göstərmək olub.

Tədbirin açılışında “Vətən övladları” xeyriyyə cəmiyyətinin rəhbəri Əhməd Tağıyev qonaqları salamlayıb və gələn qonaqlara öz təşəkkürünü bildirib:

“Ölk öncə, bu günkü tədbirin təşkili üçün bizə dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Xüsusilə Veteranlar evinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilova təşəkkür edirəm. Cəlil bəy sayəsində bu gün belə şərait yaradılıb.

Daha sonra bizə dəstək olan Med Product MMC-yə, o cümlədən şirkətin rəhbəri Eyvazov Aydəmir bəyə və tədbirdə iştirak edən bütün şirkət nümayəndələrinə dərin təşəkkürümü bildirirəm. Bu gün Med Product MMC uşaqlarımızı Biolanda Glucose Meter firmasına məxsus şəkərölçmə cihazları ilə təmin edib və buna görə xüsusi minnətdarlığımı bildirirəm.

Eyni zamanda tədbirdə iştirak edən könüllülərimiz — İmamverdiyeva Bikəxanıma, Nəcəfova Günel xanıma, həkimlərimiz, endokrinoloqlar Səbinə Paşayevaya, Aynur Abdullayevaya, pediatrlar İlahə Hacıyevaya, Şəhla Mikayılzadəyə və media nümayəndələrinə də dərin təşəkkürümü bildirirəm”.

Əhməd Tağıyev əlavə edib ki, diabetdən əziyyət çəkən uşaqları heç zaman gözdən kənara atmaq olmaz və onlar daim diqqət mərkəzində olmalıdır:

“Burada əyləşən analara zəhmətləri üçün böyük təşəkkürümü bildirirəm. Hər biriniz qəhrəman hesab olunursunuz. Biz birlikdə güclüyük və inanıram ki, belə tədbirlər silsiləvi şəkildə davam edəcək. Çox istərdim ki, bu uşaqlarla tez-tez görüşlər keçirilsin, onların komplekslərdən azad olub cəmiyyətə inteqrasiya olmaları təmin edilsin. Həmçinin arzu edərdim ki, psixoloqlarımız da bu uşaqlarla ciddi məşğul olsunlar, çünki onların sevgiyə, qayğıya və motivasiyaya böyük ehtiyacı var”.

Daha sonra tədbirdə Med Product MMC-nin satış təmsilçisi Ruslan Mehrəliyev çıxış edərək bildirib:

“Diabetdən əziyyət çəkən uşaqlarımız xəstə hesab olunmur. Bütün uşaqlar kimi, onlar da bizim gələcəyimizdir. Biz, Med Product MMC olaraq, daim bu uşaqların qayğısına qalmağa hazırıq. Şirkətimiz dəfələrlə belə xeyriyyə tədbirlərində iştirak edib və inanıram ki, bu ənənə bundan sonra da davam edəcək. Çox sevincliyik ki, bu gün biz də tədbirdə iştirak edə bildik”.

Daha sonra çıxış edən endokrinoloq Aynur Abdullayeva və pediatrlar İlahə Hacıyeva və Şəhla Mikayılzadə uşaqlara xoş təəssüratlarını bildiriblər.

Onlar valideynlərə xüsusi tövsiyələr verərək diabet haqqında maarifləndirici məlumatlar təqdim ediblər.

Sonda uşaqlara “Vətən övladları” xeyriyyə cəmiyyəti tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim olunub. Tədbir daha sonra müğənnilərin iştirakı ilə musiqi dəqiqələri ilə davam edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Noyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri