Ağstafada qəbiristanlığın yaxınlığında meyit tapıldı
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Ağstafa rayonu ərazisində kişi meyiti tapılıb.
Moderator.az xəbər verir ki, meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z.Yolçiyev olduğu müəyyənləşdirilib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Ölümün səbəbi hələlik məlum deyil. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Ağstafada faciə: Evin zirzəmisində yanmış meyit tapıldı VİDEO
16 İyun 2026 22:00
Ağstafada fermada meyit tapılıb
22 Fevral 2026 22:46
Ağstafada evin damından kişi meyiti tapıldı
20 Fevral 2026 09:30
Ağstafada 41 yaşlı kişinin meyiti tapıldı
01 Dekabr 2025 19:33
Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb
23 İyun 2026 13:30
Baxış sayı:149
Bu xəbər 11 Avqust 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















