Hüquqşünas: “Küçədən tapılan heyvanı saxlamaq onu özününkü etmir”
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Küçədə və ya digər ictimai yerlərdə sahibsiz görünən ev heyvanlarının tapılması tez-tez rast gəlinən hallardandır.
Bəs belə heyvanı tapan şəxs onu öz mülkiyyəti hesab edə bilərmi?
Gununesi.info -ya danışan hüquqşünas Şamil Paşayev bildirib ki, heyvanın küçədə tapılması onun sahibsiz olması anlamına gəlmir və belə hallarda heyvan üzərində avtomatik mülkiyyət hüququ yaranmır.
Onun sözlərinə görə, heyvanı tapan şəxs ilk növbədə sahibinin müəyyən edilməsi üçün mümkün tədbirlər görməlidir. Bu məqsədlə aidiyyəti dövlət qurumlarına, bələdiyyəyə, baytarlıq xidmətinə və ya polisə məlumat vermək, həmçinin ictimai elan yerləşdirmək məqsədəuyğun hesab olunur.
Şamil Paşayev qeyd edib ki, bəzi hallarda ev heyvanları itə, pişiyə və ya digər heyvanlara taxılmış çip, qeydiyyat nişanı və ya digər identifikasiya vasitələri ilə sahibinə qaytarıla bilər.
Hüquqşünas vurğulayıb ki, tapılmış heyvanı satmaq, hədiyyə etmək və ya sahibini axtarmadan öz adına çıxarmaq sonradan hüquqi mübahisələrə səbəb ola bilər. Çünki əmlak hüququnun qorunması prinsipi heyvanlara münasibətdə də müəyyən həddə tətbiq olunur.
Onun sözlərinə görə, sahibi müəyyən edilmədiyi və qanunvericilikdə nəzərdə tutulan prosedurlar yerinə yetirildiyi hallarda məsələ artıq qanunvericiliyin müvafiq normaları əsasında həll edilir.
Orxan
Gununesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 24 Noyabr 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















