Ağstafada qurban kəsimi qaydalar çərçivəsində həyata keçirilir FOTO
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Ölkəmizin hər yerində olduğu kimi, hər il Ağstafa rayonunda da Qurban bayramı böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Globalinfo.az xəbər verir ki, bayram günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat şəkildə həyata keçirilməsi məqsədilə xidmətlərin yüksək səviyyədə təşkili istiqamətində bütün zəruri tədbirlər icra olunur.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov aidiyyəti üzrə məsul şəxslərlə birlikdə Həsənsu kəndində fəaliyyət göstərən heyvanların satışı və kəsimi yerində mövcud şəraitə diqqət yetirib, əhaliyə xidmətlərin yüksək səviyyədə göstərilməsinə dair əlavə tövsiyə və göstərişlərini verib. Məntəqədə baytarlıq nəzarəti və sanitar-gigiyenik tələblərə əməl olunması qaydaları araşdırılaraq yüksək qiymətləndirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 06 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















