Ağstafada vətəndaşların səyyar qəbullarının növbəti ünvanları Kolxəlfəli və Eynallı kəndləri oldu FOTOLAR
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov 2025-ci il oktyabr ayının qrafiki üzrə vətəndaşların növbəti səyyar qəbullarını Kolxəlfəli və Eynallı kəndlərində keçirib. Səyyar qəbullarda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə təşkilatların məsul şəxsləri və yaşayış məntəqələrinin sakinləri iştirak ediblər.
Globalinfo.az-ın xəbərinə görə, RİH başçısı Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunda keçirilən səyyar qəbulların əhəmiyyətinə toxunaraq qeyd edib ki, başlıca məqsəd dövlət siyasətinin əsas istiqamətlərindən olan yerlərdə əhalinin sosial rifahının diqqətdə saxlanılması və vətəndaşların məmnunluğunun təmin edilməsindən ibarətdir. Diqqətə çatdırılıb ki, hər bir vətəndaş yaşadığı ünvanı tərk etmədən mobil cihazları vasitəsi ilə rahat şəkildə “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla da istənilən məzmunlu müraciətini Ağstafa Rayon İcra Hakimiyyətinə ünvanlaya bilər.
Səyyar qəbullarda vətəndaşların qaldırdıqları məsələlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 03 Oktyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















