Ağstafada vətəndaşların növbəti səyyar qəbulu Köçəsgərdə keçirildi FOTOLAR
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Köçəsgər kənd 1 nömrəli tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Globalinfo.az-ın xəbərinə görə, RİH başçısı diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial siyasətin mərkəzində məhz vətəndaşların mənafeyi, insanların sosial həyatının yaxşılaşdırılması və məmnunluğunun artırılması kimi amillər dayanır. Bu gün də Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq vətəndaş rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin ən prioritet istiqamətlərindəndir.
Səyyar qəbulda vətəndaşların müraciətləri nəzarətə götürülüb. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib. Məsələlərin operativ qaydada həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 04 Sentyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















