Ağsunun Bico kəndində İlaxır çərşənbə necə qeyd olunur? VİDEO
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Ağsu rayonunun Bico kəndində hər il olduğu kimi, bu il də İlaxır çərşənbəsi böyük coşqu ilə qeyd olunur.
Kəndin qadınları qovurğa hazırlayır, yun didir, nehrə çalxalayırlar, musiqiçilər isə səsləri ilə el-obaya küy salırlar.
Ağsunun Bico kəndində İlaxır çərşənbə necə qeyd olunur? - VİDEO
"İlaxır çərşənbəsində evimiz başdan-sona təmizlənir, şirniyyatlar bişirilir. Çərşənbələrin hamısında qulaq falına çıxılır. Kəndin uşaqları qohumlara, qonşulara papaq atır, onların papaqlarına pay qoyulur", - deyə kənd sakinlərindən biri qeyd edib.
Başqa bir sakin isə ilaxır çərşənbədə qızlara elçi getmənin kəndin adətlərindən olduğunu söyləyib. "Bu adətlərin hər biri ulu nənələrimizdən bizə miras qalıb. Biz də onları yaşadırıq", - deyə sakin Baku TV-yə əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 17 Mart 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















