Icma.az
close
up
RU
Ah Paris! Paris!

Ah Paris! Paris!

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa terrorçularla dəstək vədi, Makronla Trampın fikir ayrılığı...

Prezident Emmanuel Makron Fransanın xarici ölkələrdəki səfirlərinin 30-u konfransında danışıb.

Fransada nəşr olunan Le Figaro qəzeti konfransdan geniş hesabat dərc edib.

Makronun bu çıxışından bir daha məlum olur ki, 2025-ci ildə də Fransanın xarici siyasətində heç bir dəyişiklik gözlənilmir. Paris yenə də müharibəni, terroru dəstəkləmək sözü verir.

Ukraynadakı müharibədən danışan Makron ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla fikir ayrılığını ortaya qoyub. O deyib ki, Tramp müharibəyə trzliklə son qoyacağını desə də, bu, “tez və asan olmayacaq”.

Makron deyib: “Amerikanın yeni prezidenti özü də bilir ki, Ukrayna məğlub olsa, ABŞ heç nə əldə edə bilməyəcək. ...Ukraynanın kapitulyasıyası avropalılar və amerikalılar üçün heç də yaxşı olmayacaq”.

Bu sözlərlə o, Trampın Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq planını Ukrayna üçün “kapitulyasıya” adlandırıb. Eyni zamanda Makron Ukraynaya öz "əraziləri ilə bağlı realist qərarlar" qəbul etməyi məsləhət görüb. Başqa sözlə, Kiyevi Vaşinqtondan gələn vədlərə çox da bel bağlamamağa çağırıb.

Beləliklə də bu məsələdə Amerika ilə Avropa arasında fikir ayrılıqlarını önə çəkib. Eyni zamanda Trampın prezidentliyi dövründə və daha uzaq perspektivdə Avropanın təhlükəsizliyi üçün Amerika qarantiyalarını etibarsız hesab etdiyini də vurğulayıb.

O deyib ki, Avropa dövlətləri öz hərbi sənayesini sürətlə gücləndirməlidir, Amerikadan hərbi asılılığı azaltmalıdır və qarşıdakı 20 ildə buna nail olmalıdır. Makron deyib: “Sual budur: Avropalılar qarşıdakı 20 ildə öz təhlükəsizliyi üçün lazım olan hər şeyi özləri istehsal etmək istəyir, yoxsa yox?! ... Əgər bizim Amerika sənaye və texnoloji bazasından asılılığımız davam etsə, o zaman qarşımızda amansız dilemmma və cinayətkarcasına strateji qərarlar peyda olacaq".

"İfadəyə diqqət edin: cinayətkarcasına strateji qərarlar. Belə çıxır ki, ABŞ-la hərbi, hərbi-texniki tərəfdaşlığı Makron cinayətkarcasına qərar hesab edir.

Makronun Suriya məsələsi ilə bağlı fikirləri də diqqəti cəlb edir. O, "kürd döyüşçülərini (terror təşkilatı olan PKK-nın Suriya qolu olan PYD/YPG nəzərdə tutulur- red.) taleyin ümidinə buraxmamağı" öz diplomatlarına tapşırır, çünki "kürd döyüşçülər Qərb dövlətləri ilə birləşərək terrorizmə, o cümlədən, İŞİD-ə qarşı mübarizə aparıb".

Çox qəribədir: harda görünüb ki, sivil demokratiyalar terror təşkilatı ilə əməkdaşlıq etsin?! Harda görünüb ki, terror təşkilatı terrorla mübarizə aparsın?!

Fransanın, eləcə də, başqa Qərb dövlətlərinin bölgədə bir müttəfiqi var - NATO üzvü olan Türkiyə. Suriyadakı "kürd döyüşmülər - PYD/YPG-çilər isə Türkiyənin təhlükəsizliyini təhdid edir.

Belə çıxır ki, Fransa öz ənənəvi riyakar rolundan imtina etmir: NATO üzrə müttəfiqinə qarşı terror təşkilatı ilə müttəfiqlik edir. Deməli, Türkiyəyə qarşı kim vuruşursa, Türkiyəyə kim təhdid sovurursa, o, Fransanın müttəfiqidir, dostudur?!

Makron Fransanın PYD/YPG terrorçularına "loyal" qalacağını vəd edib. Yəni silah, maliyyə və sair dəstək sözü verib. Başqa sözlə, Fransa prezidenti terroru açıq-aşkar dəstəkləyib.

Makron çıxışında İranla bağlı məsələyə də toxunub. O deyib: "İran Yaxın Şərqdə strateji problem və təhlükəsizliyə təhdiddir". O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı İran problematikasına və İranın nüvə proqramına qarşı daha sərt mövqe tutmağa çağırıb.

Bu fikir və bu çağırış Tehrana düşünmək üçün əsasdır. Əyalət mollalarının dili ilə Azərbaycanın və Türkiyənin liderlərinə qarşı təhqiramiz ifadələr səsləndirmək əvəzinə, İran rəhbərliyi Makronun bu sözlərinə diqqət etsə, yaxşı olar. Bir də belə bir nüansa diqqət etmələri lazımdır: Fransa İranı Yaxın Şərqdə Avropanın, eləcə də, Amerikanın strateji maraqları üçün təhlükə hesab etdiyi halda, rəsmi Tehran Fransa lisenziyalı Hindistan silahlarının İran üzərindən Ermənistana daşınmasına "yaşıl işıq" yandırıb.

Baxın, Qərbin davamlı və sərt təzyiqlərinə baxmayaraq, İran əleyhinə beynəlxalq sanksiyalara qoşulmamış, hətta bu mövqeyinə görə zərər də görmüş Azərbaycana və Türkiyəyə qarşı Tehran öz "minnətdarlığını" təxribatçı mollaların şübhəli toplantılarındakı təhqiramiz çıxışlarla bildirir. Amma, göründüyü kimi, İran öz düşmənini yanlış ünvanlarda axtarır; Tehranın Fransa prezidentinin çıxışını diqqətlə oxuması məsləhətdir.

Onu da əlavə edək ki, Makron bu çıxışında dəfələrlə özü özünü təkzib edib. Məsələn, bir yandan, Avropanı Trampın liderliyindəki ABŞ-a bel bağlamamağa çağırır, o biri tərəfdən isə, deyir: "Yeni seçilmiş prezident Donald Trampın Fransada yaxşı dostu var".

Yaxud, bir yandan deyir ki, Suriyada Fransa sivil inkişaf mərhələsinə keçidi dəstəkləyəcək, o biri yandan isə, Suriyanın şimalını işğal etmiş PYD/YPG terrorçularına - "kürd döyüşçülər"ə rəsmi Parisin loyallığını vəd edir.

Axı Suriyanın keçid hökumətinin də bəyan etdiyi kimi, bütün terror təşkilatlarının ləğv olunması, silahı yerə qoyub, Suriya dövlətinin tərkibinə inteqrasiya olunması elə sivil keçidin əsas prinsiplərindən, başlıca tələblərindən biridir. Fransa prezidenti həm Suriyanın bütövlüyünə kömək edıcəyini deyir, həm də Suriyada bölüçü terrora dəstək ifadə edir. Bu, necə bir işdir?!

Eləcə də, Makron bir yandan Kiyevi "tez və asan" sülh vədlərinə inanmamağa çağırır, o biri tərəfdən isə, Ukrayna dövlətinə itirilmiş ərazilərlə bağlı "realist" olmağı məsləhət görür.

Emmanuel Makronun çıxışında belə ziddiyyətlər çoxdur. Onun səfirlər konfransında Avropanın inkişafı və təhıükəsiz gələcəyi ilə bağlı təşəbbüsü öz üzərinə götürməyə, Fransanı Qoca Qitənin şəksiz və şəriksiz liderliyinə iddia irəli sürməsi isə hətta Le Figaro qəzetinin özündə də ironiya doğurur. Öz ölkəsində siyasi böhranı həll etmək əvəzinə daha ağır böhran yaradan prezident Avropanın gələcəyinə dair perspektivlər vəd edir. Özü Yeni il münasibətilə etdiyi çıxışında iyun qərarının yanlış və ölkə üçün zərərli olduğunu etiraf edən Makron Avropa üçün ən optimal qərarlardan danışır. Fransa 2025-ci ilə büdcəsiz daxil olub, amma Makron Avropa üçün iqtisadi "yüksəliş planları" qurur. Afrikanın ucqarlarından belə qovulan Fransa prezidenti Avropanın lideri olmağa tamahlanıb. Hələ bilinmir, 2027-ci ilə qədər - daha iki il prezident postunda qala biləcək, ya yox, 20 il bundan sonraya xəyal qurur.

Bax, bu qədər qeyri-ciddi və ziddiyyətli bir şəxs Avropanın ən böyük ölkələrindən birinə rəhbərlik edir. Fransa kimi ölkə belə bir rəhbərə layiqdirmi?! Əlbəttə, yox. Ancaq reallıqlar...

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Yanvar 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see233

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see232

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see222

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see218

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see202

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see199

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see198

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see197

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see195

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see193

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see190

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see186

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see181

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see179

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see173

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see172

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see169

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see161

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see152

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri