Icma.az
close
up
RU
Paris ziddiyyətlər burulğanında...

Paris ziddiyyətlər burulğanında...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni etiraz aksiyaları başlaya bilər

Müasir Fransaya diqqət yetirdikdə ölkənin tarixi ənənələrindən əhəmiyyətli dərəcədə uzaqlaşması ilk baxışdan məlum olur. 2017-ci ildən hakimiyyətdə olan Makron iqtidarının həyata keçirdiyi səriştəsiz siyasətin nəticəsi olaraq hazırda ölkədə ziddiyyətli proseslər izlənilməkdədir. Son illərdə  paytaxtda və regionlarda  baş verən kütləvi etirazların qarşısının zor tətbiq etməklə alınması, fəalların həbs edilməsi, ötən il hakim komandanın seçkilərdə manipulyasiyalara əl atması, yeni hökumət formalaşdırılarkən konstitusiyanın kobud şəkildə pozulması və bu kimi digər reallıqlar fonunda  zamanında fransızların ölkələri barəsində qürurla səsləndirdikləri “demokratiyanın beşiyi” ifadəsi artıq arxaizmə çevrilməkdədir. Yelisey Sarayı düşdüyü siyasi burulğandan çıxa bilmir. Ölkə iqtisadiyyatında tənəzzül meyilləri artır. Hökumət hiper xarici borclanmanı və büdcə kəsirini nəzərə almaqla sərt qənaət rejiminə keçid proqramını bəyan edib ki, bu da bütün ölkə boyunca ciddi sosial narazılıqlara yol açıb. Artıq həmkarlar ittifaqları yeni etirazlar dalğasının anonsunu edirlər.

Mənfi reallıqlar - irqçilik, islamofobiya

Fransanın bugünkü mənfi reallıqlarından biri də irqçiliyin güclənməsidir. Bunu ötən il Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərdə sağçıların önə keçməsi bir daha əyani şəkildə təsdiqlədi. O cümlədən Makron hakimiyyətə gələndən sonra bu ölkədə islamofobiya daha geniş vüsət alıb. Belə ki, müsəlmanlara qarşı nifrət və irqçi siyasət Fransa  hakimiyyəti tərəfindən dəstəklənir. Makron hakimiyyəti müxtəlif adlar altında qanunlar qəbul edilməsinə nail olaraq, əslində, islamofobiyanı təşviq edir. Məsələn, 2021-ci il 21 avqust tarixində qəbul olunan “Respublika prinsiplərinə hörmətin möhkəmləndirilməsi haqqında” Qanun açıq şəkildə müsəlman əhalisinə qarşı etimadsızlıq mühiti yaradılmasına xidmət edir. Müsəlmanlara qarşı yönələn bu Qanunun icrası çərçivəsində hökumət aparatında İslamın və müsəlmanların müşahidə edilməsi üçün 101 struktur yaradılıb, 24 min 887 müsəlman təşkilatı, müəssisəsi gizli qara siyahıya alınıb və yoxlanılmaqdadır. Müsəlmanların sahib olduqları 718 təşkilatın, o cümlədən 4 məktəbin, 37 məscidin, 210 müəssisənin, 2 təşkilatın fəaliyyəti dayandırılıb. Bu qəbildən olan faktların siyahısı çox uzundur. Bütün bunlar Makron hakimiyyətinin müsəlmanlara, Afrika qitəsindən gələnlərə qarşı həyata keçirdiyi diskriminasiya siyasətinin sistemli xarakter daşıdığını əyani şəkildə təsdiqləyir.

Fransada İslam etiqadı olan insanlara qarşı “səlib yürüşü” artan silsilə ilə davam etməkdədir. Bu ölkədə son həftələrdə müsəlman intellektualların və nəşriyyatların maliyyə vəsaitlərinin məhkəmə qərarı olmadan dondurulması ilə bağlı qalmaqal geniş vüsət alıb. Hökumət bu tədbirləri terrorizmlə mübarizə ilə əsaslandırsa da, hüquq müdafiəçiləri və zərərçəkənlər yanaşmanı antidemokratik hesab edirlər.

Belə hallardan biri, Şato-Şinon şəhərində yerləşən Avropa İslam Elmləri İnstitutu (IESH) ilə bağlı yaşanıb. Bunun ardınca ən azı onlarla hüquqi şəxs Fransa Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə alınıb.

Ən son olaraq, Ribat nəşriyyatının sahibi İssa Meyer sanksiyalara məruz qalıb. Ona qarşı hər hansı məhkəmə qərarı və ya sübut təqdim edilmədən, separatizmə yaxın olmaqda şübhəli bilinərək bütün bank hesabları dondurulub. Nəticədə, Meyer nə kirayəsini ödəyə, nə ailəsinin ehtiyaclarını təmin edə, nə də hüquqi müdafiə ala bilir.

Zərərçəkmiş şəxslər bildirirlər ki, onların yeganə “təqsiri” - Fransadakı sistemli irqçiliyi və islamofobiyanı tənqid etmələri olub. Halbuki bu şəxslərin nəşr etdiyi kitablar hələ də “Fnac” və “Amazon” kimi platformalarda sərbəst şəkildə satışdadır. Bu isə tətbiq olunan tədbirlərin selektiv və siyasi motivli olduğunu göstərir.

Hesabların dondurulması Maliyyə və Pul Məcəlləsinin L.562-2 maddəsinə “əsaslanır”. Maddə ilkin olaraq terrorçuluğa maliyyə axınının qarşısını almaq üçün qəbul edilsə də, indi tənqid səslərini susdurmaq üçün istifadə olunur.

Vəkil Rafiq Şekkat bu praktikanı müsəlmanların səsini boğmaq və onları cəmiyyətin kənarına atmaq cəhdi kimi qiymətləndirir. Onun sözlərinə görə, heç bir cinayət törətməyən şəxslərə qarşı tətbiq edilən bu iqtisadi blokadalar, hüquqi dövlət prinsipini pozur və müsəlmanların hüquqi təhlükəsizliyini sual altına alır.

Tənqidçilər bildirirlər ki, bu cür tədbirlər, demokratik cəmiyyətdə qəbuledilməzdir və Fransa Respublikasının bərabərlik və azadlıq prinsiplərinə ziddir.

“Sarı jiletlilər”in yeni dalğası

Paralel olaraq siyasi etirazlar, tətillər Fransa həyatına yenidən qayıdır. Məlumdur ki, son illərdə bu ölkədə “peyin inqilabı”, “Sarı jiletlilər” (Gilets Jaunes) hərəkatı geniş vüsət alıb.  O cümlədən son günlərdə yeni hökumətin bəyan etdiyi büdcə planına qarşı etirazlar cəmiyyətin müxtəlif təbəqələrini əhatə etməkdədir. Baş nazir Fransua Bayrunun iyulun 15-də təqdim etdiyi büdcə islahatları sosial şəbəkə seqmentində geniş narazılıq yaradıb. Xüsusilə “X” platformasında sentyabrın 10-dan etibarən ölkədə tam və müddətsiz tətilə başlanılması ilə bağlı çağırışlar yayımlanır.

Yerli mətbuatın yazdığına görə, bu təşəbbüsə solçu qruplar, eləcə də sağçı və ifrat sağçılar qoşulub. İyulun 19-dan “Mobilisation10septembre.blog” adlı veb-sayt istifadəyə verilib və bu sayt müxtəlif etiraz aksiyalarının əlaqələndirilməsi üçün mərkəzə çevrilib. Təşkilatçılar bunu “Sarı jiletlilər Akt 2” adlandırırlar.

Etirazların mərkəzində Bayrunun büdcə planında nəzərdə tutulan ictimai xərclərin 43,8 milyard avro azaldılması, xüsusilə də iki ictimai istirahət gününün (Pasxa bazar ertəsi və 8 may) ləğvi dayanır. Bu qərarların parlament tərəfindən hələ təsdiqlənməməsinə baxmayaraq, ölkəboyu ciddi narazılıq yaradıb.

“Sistem yalnız bizim gündəlik iştirakımız sayəsində ayaqda qalır. Təşkil olunmuş ümumi tətil bu sistemi bir neçə günə çökdürə bilər”, - deyə 61 min izləyicisi olan “Le Collectif” adlı hesabda edilən paylaşımda bildirilir.

Son saatlarda “#GiletsJaunes” həştəqi 6000-dən çox istifadə edilib. Bu isə 2018-2019-cu illərdəki “Sarı jiletlilər” hərəkatının yenidən canlanacağına dair ehtimalları artırır.

Etirazların əsas təşkilatçılarından biri, “Enedis” təşkilatının 37 yaşlı əməkdaşı bu hərəkatın sıravi işçilərin hüquqlarının tapdalanmasına etiraz olduğunu bildirərək qeyd edib: “Bayrunun planı hər zamankı kimi, sadə işçiləri cəzalandırır. Bunun hesabını həmişə sadə insanlar ödəyir. Artıq bu qədər bəsdir!”.

Təşkilatçıların etirazların başlanması üçün sentyabrın 10-nu seçməsi isə təsadüfi deyil. Bu, məktəblərin açıldığı, işlərin və siyasətin yenidən canlandığı dövrü əhatə edir.

Hazırda böyük həmkarlar ittifaqları bu çağırışa ehtiyatlı yanaşır, lakin ölkə miqyasında narazılığın ciddiliyini etiraf edirlər. “Hökumət insanlardan istirahət günlərini alır. Bu, haqlı bir qəzəbdir və biz bunu aydın şəkildə hiss edirik”, - deyə CGT konfederasiyasının katibi Tomas Vaşeron bildirib.

Ümumiyyətlə, Fransada sosial gərginlik yenidən artır. Əgər 10 sentyabr etirazları geniş miqyas alarsa, bu, “Sarı jiletlilər” hərəkatının ikinci dalğası ola bilər.

MÜBARİZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see282

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see276

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see268

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see256

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see254

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see249

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see243

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see241

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see230

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see225

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see223

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see213

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see205

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see205

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see202

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see200

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see191

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see189

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see183

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri