AHBAP istintaqında daha 5 məşhur prokurorluğa çağırıldı
Lent az saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə AHBAP dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində daha beş tanınmış aktrisa ifadə vermək üçün prokurorluğa çağırılıb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, İstanbul Prokurorluğunun apardığı araşdırma zamanı Berna Laçin, Eda Ece, Farah Zeynep Abdullah, İrem Helvacıoğlu və Kerem Bürsinin ifadələrinin alınacağı bildirilib.
AHBAP işi üzrə daha əvvəl jurnalistlər, aparıcılar, aktyorlar və müğənnilər də ifadəyə çağırılıblar. Uğur Dündar, Mahsun Kırmızıgül, Gülben Ergen, Elçin Sangu, Hayko Cepkin, Fatih Altaylı, Öykü Serter, Ece Üner, Gökhan Özoğuz, Fatih Portakal, Hazal Kaya, Ruşen Çakır, Özlem Gürses və Feyza Altun artıq prokurorluqda ifadə veriblər.
Aktyor Şahan Gökbakar və sosial media məzmunu istehsalçısı Fatih Koparanın isə yaxın günlərdə prokurorluğa gedəcəyi gözlənilir.
Qeyd edək ki, araşdırma çərçivəsində indiyədək saxlanılan 54 şübhəlidən 28-i, o cümlədən AHBAP-ın qurucusu Haluk Levent və Oğuzhan Uğur həbs edilib. Dərnəyin və bəzi şübhəlilərin əmlaklarına həbs qoyulub.
Məhkəmə qərarı ilə AHBAP Dərnəyinin əmlakının idarə edilməsi qəyyumlara, onun tabeliyindəki bəzi şirkətlərin idarəçiliyi isə Türkiyənin Əmanətlərin Sığortalanması Fonduna həvalə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 29 İyul 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















