Icma.az
close
up
RU
AHİK açıqladı: Bonuslar və güzəştlər ola bilər

AHİK açıqladı: Bonuslar və güzəştlər ola bilər

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında mətbuat konfransı təşkil edilib.

Globalinfo.az xəbər verir ki, tədbirdə əvvəlcə həmkarlar ittifaqlarının fəaliyyətində son bir il ərzində tətbiq edilən yenilikləri, həyata keçirilən layihələri əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra AHİK nümayəndələri tərəfindən media mənsublarına həmkarlar ittifaqlarının fəaliyyəti, əmək hüquqlarının qorunması, əməyin təhlükəsizliyi, layiqli iş şəraitinin yaradılması istiqamətində reallaşdırılan tədbirlər və sosial layihələr barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib və hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən “Tədbirlər Planı” icra olunur.

Konfederasiyada “Çağrı Mərkəzi”, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi, həmçinin “Kurort” Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlayıb. Konfederasiyanın sanatoriya və istirahət mərkəzlərində yenidənqurma və təmir işləri aparılır, şərait yaxşılaşdırılır. Bildiilib ki, qida təminatı sahəsində də yeniliklər edilib, menyular qida təhlükəsizliyi standartlarına uyğunlaşdırılıb, sanitariya və gigiyena qaydalarına nəzarət gücləndirilib.

Həmçinin oxuyun:

Qusman Xankəndidə Əliyevdən nə soruşmuşdu?

Sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunması məqsədilə e-ahik Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi istifadəyə verilib. 2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın yollayış verilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə çoxdur.

Media təmsilçilərinə “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”, “Sağlamlığa doğru qaç”, “Görməyə dəyər” layihələri barədə məlumat verilib. Bildirilib ki, yeni layihə – “AHİK Plus” üzərində də iş aparılır. Layihə sosial tərəfdaşlarla birgə rəqəmsal platforma vasitəsilə həyata keçiriləcək. “AHİK Plus” çərçivəsində həmkarlar ittifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər nəzərdə tutulur.

Tədbirdə media nümayəndələri Əmək və Sosial Münasibətlər Akademiyasında tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə də məlumatlandırılıb. Belə ki, Akademiyada 5 ixtisas üzrə bakalavr, 2 ixtisas üzrə magistr təhsili həyata keçirilir. Ali təhsil ocağında ittifaq üzvlərinin bilik və bacarıqlarının artırılması, ixtisasartırma kurslarının təşkili, həmçinin dövlət qurumları və özəl sektorun sifarişi əsasında təlimlərin keçirilməsi məqsədilə İxtisasartırma və Kadrların İnkişafı Mərkəzi yaradılıb.

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Avqust 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri