Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

AHİK təkcə sözdə deyil, əməldə və real həyatda da Heydər Əliyev ideyalarına sadiqdir

AHİK təkcə sözdə deyil, əməldə və real həyatda da Heydər Əliyev ideyalarına sadiqdir

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bu günlər anadan olmasının 103-cü ilini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin ölkə həyatının bütün istiqamətlərində, bu və ya digər sahələrin inkişafında misilsiz xidmətlərinin olması danılmaz faktdır. Hər bir sahə kimi Azərbaycan Həmkarlar İttifaqlarının da inkişaf etməsi, onun mütəşəkkil bir quruma çevrilməsi, ən əsası təşkilatın əmək kollektivlərinin əsl müdafiəçisinə çevrilməsində Ulu Öndərin xidmətləri az olmayıb. Ulu Öndər istər sovetlərin zamanında, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə açıq şəkildə ifadə edirdi ki, həmkarlar ittifaqlarının əsas missiyası zəhmətkeşlərin hüquqlarının müdafiəsi, onların sosial rifah halının yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və cəmiyyətdə sosial ədalətin təmin edilməsi olmalıdır. Bu mənada Ulu Öndər deyirdi: “Yeni mərhələdə həmkarlar ittifaqları əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilərək, onların iş şəraitinin yaxşılaşdırılması, əməyin təşkili, iqtisadi hüquqlarının qorunması, sosial müdafiə problemlərinin həll edilməsi yolunda daha böyük əzmlə çalışmalıdır”. Əslində bu sözlər Ümummilli Lider tərəfindən həmkarlar təşkilatlarına göstərilən həm yüksək etimad, həm də onun qarşısında qoyduğu məsuliyyət idi.
Bu gün yeni dövrün tələbləri və yeni çağırışlara uyğun fəaliyyətini quran Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, eyni zamanda Ulu Öndərin bu quruma olan etimadını da ən yüksək səviyyədə doğruldaraq, üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlir. Həm də bu etimadı ona göstərən dahi şəxsiyyəti yüksək ehtiram və sayğı ilə yad edir, anır. Elə AHİK-in təşkilatçılığı ilə keçirilən Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalq üçün yaşanan ömür” adlı tədbir də həm Ulu Öndərin əziz xatirəsinə ehtiram, həm də ümummilli liderin sözügedən quruma olan etimadın doğrulduğunun təsdiqi idi. Hər şeydən əvvəl tədbirin iştirakçılarının kontingentindən bunu aydın görmək olardı. Dövlət və hökumət rəsmiləri, millət vəkillərindən tutmuş, sadə vətəndaşa, bu və ya digər sahənin təmsilçisinə qədər hər kəsin anım tədbirinə dəvət alması Heydər Əliyevin AHİK qarşısında qoyduğu vəzifənin, onun əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilməsi tövsiyəsinin sübutu idi. Bu kimi müxtəlif aspektli tədbirlərlə AHİK hər kəsin təşkilatı olduğu, hər bir zəhmətkeşi öz çətiri altında birləşdirə bildiyini göstərir. Bu mənada “Xalq üçün yaşanan ömür” tədbiri həm də ictimai həmrəylik kimi də xarakterizə edilə bilər.
Konfederasiya tərəfindən təşkil olunan bu kimi tədbirlər həmkarlar ittifaqlarının cəmiyyət həyatında fəal iştirakını ortaya qoymaqla yanaşı, eyni zamanda Heydər Əliyev irsinin təbliği, öyrənilməsi baxımından da əhəmiyyət kəsb edir. Belə mühüm əhəmiyyətli tədbirlər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında, iqtisadi sabitliyin təmin edilməsində və sosial siyasətin gücləndirilməsində göstəridiyi misilsiz xidmətlərin ictimaiyyətə, xüsusilə də gənc nəslə çatdırılmasında əsas təbliğat vasitəsi kimi də xüsusi yer tutur.
Tədbir zamanı edilən çıxışlardan aydın görünürdü ki, Həmkarlar ittifaqı nümayəndələri Ulu Öndərin “Hər bir həmkarlar ittifaqı təşkilatı fəhlələrin təşəbbüsünü müdafiə etməli, zəhmətkeşlərin ehtiyaclarının ödənilməsinə daim qayğı göstərməlidir” devizini əldə bayraq tutaraq, Heydər Əliyevin əmək münasibətlərinin tənzimlənməsi, sosial müdafiə sisteminin gücləndirilməsi və vətəndaşların rifahının artırılması istiqamətində gördüyü işləri uğurla davam etdirirlər. Bu da öz növbəsində AHİK sıralarının genişlənməsini şərtləndirir.
Bu tədbir həm də onu göstərirdi ki, AHİK üzvlərinin Heydər Əliyev irsinə sadiqliyi təkcə sözlə deyil, həm də əməldə, real həyatda öz əksini tapir. Eyni zamanda bu, AHİK-in Heydər Əliyev siyasi kursuna sadiqliyinin tərənnümüdür. Hər halda mərasimdə edilən çıxışlarda birmənalı olaraq hazırda Azərbaycanda bütün sahələrdə dinamik inkişaf getdiyinin, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyinin, bütün bunların məhz Cənab Prezident İlham Əliyevin sayəsində mümkün olduğunun bildirilməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə verdiyi mühüm töhfələrin xüsusi qeyd olunmasından bunu aydın görmək mümkün idi.
Süleyman İsmayılbəyli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 May 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri