Icma.az
close
up
RU
Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq ŞƏRH

Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

XXI əsrdə beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən biri regional əməkdaşlıq formatlarının formalaşdırılması vədərinləşdirilməsidir.2025-ci il 22 avqust tarixində Türkmənistanın Avaza şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşün yekunlarına dair bəyanat bu əməkdaşlıq formatının strateji xarakterini bir daha təsdiqləmişdir.Bəyanatda irəli sürülən əsas tezislər – Türkmənistanın etibarlı inkişaf yolunda olması, Azərbaycan və Türkmənistan arasında mövqelərin üst-üstə düşməsi, türkmən xalqının Qarabağda məscid inşa etməsi təşəbbüsü, Özbəkistanın Xankəndidə tikiş fabriki və Füzulidə məktəb kimi infrastruktur layihələri ilə çıxış etməsi üçtərəfli münasibətlərin yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də sosial-iqtisadi və mədəni səviyyədə möhkəmləndiyini göstərir.

Azərbaycan və Türkmənistan xalqlarını tarixi, mədəni və dini dəyərlər birləşdirir. Prezident cənab İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, iki ölkə xalqları əsrlər boyu bir ailə kimi yaşamış, bu gün isə müstəqil dövlətlər kimi həmin ənənələri davam etdirirlər. Avaza görüşündə imzalanmış sənədlər, o cümlədən Arxadağ şəhəri ilə Azərbaycanın Füzuli şəhərinin qardaşlaşması barədə razılaşma, qardaşlıq münasibətlərinin rəmzi ifadəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan və Özbəkistan arasındakı münasibətlər son illərdə sözdə yox, əməldə qardaşlıq prinsipi üzərində formalaşır. Xankəndidə fəaliyyət göstərən tikiş fabriki və Füzulidə inşa olunmuş 960 şagirdlik məktəb bunun konkret nümunələridir. Hər iki layihə həm iqtisadi, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Bir tərəfdən, yeni iş yerlərinin açılması bölgənin sosial rifahını yüksəldir, digər tərəfdən isə təhsil infrastrukturunun gücləndirilməsi gələcək nəsillərin inkişafına xidmət edir.Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iradəsi nəticəsində formalaşan üçtərəfli əməkdaşlıq formatı regional sülhün, sabitliyin və inkişafın təmin edilməsində mühüm rol oynayacaq. Bu əməkdaşlıq yalnız iştirakçı ölkələr üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün strateji əhəmiyyət kəsb edən yeni siyasi və iqtisadi platforma kimi qiymətləndirilə bilər.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri